1 2 3 4 5 6
Cədvəl 1.Ən çox neft idxal edən 20 ölkənin göstəriciləri

Dünyada idxal olunmuş neftin son tarixlərdə dinamik proseslər çərçivəsində hərəkətlərinə nəzər saldıqda müəyyən dəyişikliklərin şahidi oluruq. 1995-ci ildə sənayeləşmiş ölkələr OPEK-dən gündəlik 16 milyon barrel neft idxal edirlər.Bu göstəricinin 9.4 milyon barreli Fars körfəzinin payına düşürdü.Sənayeləşmiş ölkələrə neft ixracı OPEK-in ümumi ixracının 2/3-ni Fars körfəzinin isə 60%-ni özündə birləşdirir.

Ekspertlərin təxmininə görə 2020-ci ildə OPEK sənayeləşmiş ölkələrə 21 milyon barrel/gün , Fars körfəzi isə göndərdiyinin 3/2-I qədər ixrac edəcək.Eyni vaxtda verilən proqnozlara görə OPEK inkişaf etmiş ölkələrə gündə 20 milyon barrel neft ixrac edəcək.Qrafik 1-də verilən məlumata görə regionların idxal meyli onların texnoloji inkişafı ilə birbaşa əlaqədar olacaqdır.

Dünya neft bazarında idxalatçı ölkələri , onun idxal meyllərini tədqiq etdikdən sonra neft istehlakının da araşdırılması məqsədyönlüdür.Belə ki , dünyada çox mühüm strateji məhsul hesab edilən neft istehlakı bilavasitə texnoloji və industrial səviyyədən asılıdir.

Dünyanın ən çox neft istehlak edən ölkələrinə nəzər salsaq görərik ki , bu ölkələr ya post-industrial səviyyədə texnoloji kamilliyə çatmış , ya da elmi-texniki tərəqqini öz təsərrüfatında tətbiqi ilə nailiyyət qazanmış ölkələrdir.Elə məhz dünyanın ən nəhəng 25 neft neft istehlak edən ölkələrin 10-u inkişaf etmiş, 8-i yeni sənayeləşmiş ölkələrdir.Bazar münasibətləri şəraitində beynəlxalq dərəcəli ixtisaslaşma və ölkələrin spesifik sahələrə üstünlük verməsi vahid dünya bazarı , o cümlədən ən böyük əhəmiyyət kəsb edən dünya neft bazarının tərəqqisinə gətirib çıxarır.

Hazırda dünya bazarında üstünlük əldə etmək ,bazar subyektlərinin hərəkətlərini nəzarətdə saxlamaq nəhəng dövlətlərin xarici siyasətində prioritet təşkil edir.

1.2 OPEK-in yaranma səbəbləri və onun inkişaf tarixi

Dünyanın neft bazarında ən çox payı olan ölkələr birliyi OPEK (The Organization of Petroleum Exporting Countries )yaranması mahiyyəti ilə olduqca əhəmiyyət kəsb edir.

Belə ki ,OPEK-in mövcud olması səbəbinə diqqətlə nəzər saldıqda görürük ki ,bu təşkilat məhz tarixi proseslərin obyektiv qanuna uyğunluöuyla birbaşa əlaqədardır.OPEK-əsas məqsədi üzv ölkələrin neft siyasətini unifikasiya və koordinasiyasını həyata keçirmək olan könüllu olkələrarası iqtisadi təşkilatdır.Beləki, bu təşkilat 1960-cı ildı yaradılmışdır.Əslində OPEK-in formalaşmasının əsası 1949-cu ildə Venesuelanın İran ,Qabon , Küveyt , Liviya və Səudiyyə Ərəbistanına neft istehsalında birgə əməkdaşlıq sahəsində təklifi ilə qoyulmuşdur. Lakin adı çəkilən olkələrin neft istehsalı sahəsində səylərini birləşdirmələri 1960-cı ilə təsadüf etmişdir.

Beləliklə 10-14 sentyabr Bağdad konfransı həyata keçirilir.Və bu konfransda qəbul edilmiş qətnamə əsasında rəsmi olaraq OPEK yaradıldı.OPEK yarandıqdan qısa müddət sonra genişlənməyə ,üzv ölkələrinin sayını artırmağa başladı.1960-75-ci illərdə təşkilata Qatar (1961) ,İndoneziya (1962),Liviya (1962 ), BƏƏ (1967),Əlcəzair (1969) və Nigeriya qoşuldu (1971).Ekvador və Qabon da OPEK-ə daxil oldular. Lakin tez bir Zamanda üzvlukdən çıxdılar.Buna səbəb 2 milyon dollarlıq uzvluk haqqını ödəyə bilməməsi və ona qoyulan kvota ilə razılaşmaması idi.

Eyni səbəbdən Qabon da 1995- ci ildə üzvlükdən çıxdı.Rusiya və Norveç isə təşkilata daimi olmayan üzv kimi 2000-ci ilin əvvəllərində qoşuldu.İraq təşkilatın üzvü olsa da 1998-ci ilin mart ayından etibarən OPEK kvotalarını öz istehsalında nəzərə almır.

2008-ci ilin may ayından etibarən isə İndoneziya təşkilatdan xaric olmuşdur.Buna səbəb isə İndoneziyanın OPEK kvotaları üzündən neft sahəsindəki inkişafının azalması qeyd olunur.Hal-hazırda OPEK-in 12 üzvü var.Cədvəl 2-də OPEK ölkələri haqqında ətraflı məlumat verilib

Təşkilatın yaranmasının əsas səbəbi dünya neft bazarında yaranmış monopoliya idi.Beləki , 1959-cu ildə dünya neft istehsalı və emalının əsas hissəsinə nəzarət edən 7 iri neft şirkəti-British Petroleum ,Chevron ,Exxon ,Gulf ,Mobil , Royal Dutch,Shell və Texxonun xam neft qiymətlərinin aşağı salması OPEK-in yaradılmasına səbəb oldu.Buna görə də neft hasil edən inkişaf etməkdə olan olkələr OPEK adı altında qiymətlərin sabitləşməsi istiqamətində monopol güc formalaşdırdılar.


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Opek-in yaranma səbəbləri və onun tarixi inkişafı

səhifə1/6
tarix20.01.2017
ölçüsü359.23 Kb.

Mündəricat

Giriş........................................................................................................................3

I Fəsil. Dünya neft bazarı və OPEK –in yaranması



    1. Dünya neft bazarı........................................................................................5



1.2 OPEK-in yaranma səbəbləri və onun tarixi inkişafı.............................11

1.3 OPEK-in dünya neft bazarına təsiri .......................................................22

II Fəsil. OPEK-in idarə edilməsi və Azərbaycanın OPEK-lə qarşılıqlı əlaqələri

2.1 OPEK-in təşkilati strukturu və qərarların qəbulu mexanizmi ............28

2.2 OPEK-in tətbiq etdiyi qiymət siyasəti......................................................35

2.3 Azərbaycanın OPEK-lə əməkdaşlığının perspektivləri.........................43

Nəticə....................................................................................................................54

Ədəbiyyat siyahısı...............................................................................................56

Giriş

Mövzunun aktuallığı

-Neftin dünya iqtisadi artımında və ayrı-ayrı sənayecə inkişaf etmiş ölkələrin iqtisadiyyatında mühüm rolunu nəzərə alaraq bir sıra iri miqyaslı beynəlxalq təşkilatlar yaradılmışdır ki, bu sırada ön mövqedə 1960-cı ildə yaradılmış və 12 ölkəni (Səudiyyə Ərəbistanı, Küveyt, İndoneziya, BƏƏ, Qətər, Qabon, Nigeriya, İran, Venesuela, Liviya, İraq, Əlcəzair) təmsil edən OPEK təşkilatı dayanır.OPEK dünya neft hasilatının 41%-nə və ya 1371 milyon tonuna nəzarət edir.

Buraxılış işində bu mövzuya toxunmağımın əsas məqsədi OPEK-in yaradılması,onun fəaliyyət mexanizmi,həyata keçirdiyi neft strategiyaları və təşkilatın inkişaf perspektivlərini təhlil etməklə aktual bir sahəni araşdırmaqdır.

Mövzuda əsas məqsəd

–OPEK-in fəaliyyət dairəsini nəzərdən keçirmək,təşkilatın neftlə bağlı həyata keçirilən strategiyalar və bu strategiyaların dünya neft bazarına etdiyi təsiri öyrənməkdən ibarətdir. Buraxılış işində bütün imkanların mövcudluğunu qeydə almış və gələcəkdə də OPEK-in bu təşkilata üzv olmayan ölkələri üçün açıq olan tədbirlərində Azərbaycanı məmnuniyyətlə görmək istədiyi qeyd edilmişdir. Buraxılış işində neft təsərrüfatının iqtisadi strukturunun modernizasiya problemlərinin təhlil və araşdırmaları hədəf seçilən tədqiqat işində sistemli, situasiyon yanaşma və verifikasiya prinsipi əsasında sahəvi industriyanı xarakterizə edən informasiyalar emal olunaraq müvafiq uyğun gələn nəticələri səciyyələndirmişdir. Məqsəd və nəticəlik vəhdətini rəhbər tutaraq tədqiqat işində OPEC və Azərbaycanın neft strategiyasının formalaşması və reallaşması aspektləri, rasional təsərrüfat quruculuğu, investisiyon siyasət və neft-qaz industriyasının modernizasiyasının alternativ iqtisadi mexanizmləri çevrəsində isə təkliflər paketi işlənmişdir.

Mövzunun obyekti

- kimi OPEK üzv-ölkələri çıxış edir. OPEK ölkələrinin başlıca gəlir qaynağını isə neft gəlirləri meydana gətirməkdədir. Müasir dövrdə OPEK dünya neft bazarına aktiv təsiretmə imkanlarına malikdir.1960-cı ildən bəri OPEK monopoliya imicini qoruyub saxlaya bilmişdir.OPEK-in mənzil qərargahı Avstriyanın Vyana şəhərində yerləşir. OPEK dünya neft bazarında neftin qiymətinin sabit saxlanılması məqsədilə hasilat kvotası müəyyənləşdirir.Kvotalar OPEK-in dünya neft bazarında ən böyuk tənzimləmə alətidir.Bu kvotalar təşkilat daxilində ölkələrə müəyyən nisbətdə paylanılır.

OPEK-in dünya iqtisadiyyatındakı yeri danılmazdır.Təşkilat dünya neft bazarlarına yüksək təsirə malikdir.Təşkilatın tarixi təcrübəsinin və üzv ölkələrinin inkişaf tarixinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.Dünya iqtisadiyyatının dünya neft bazarından asılılığını nəzərə alsaq bunun əhəmiyyəti daha da artır.

Mövzunun predmenti

- OPEK üzv ölkələrinin qlobal neft sənayesinə artan rolunu və müasir amillərin təsirinin araşdırılması təşkil edir.Belə ki, dünya neft hasilatının 40%-dən çoxuna nəzarət etməsini nəzərə alsaq, təşkilatın neftlə bağlı həyata keçirdiyi bütün tədbirlərin dünya enerji daşıyıcıları bazarına etdiyi təsirin dərəcəsini təsəvvür etmək çətin deyil.

I Fəsil. OPEK ölkələrinin iqtisadiyyatı



    1. Dünya neft bazarı



“Neft və neft məhsulları bazarı” gündəlik həyatımızda rastlaşdığımız “bazar” anlayışından kəskin fərqlənən, mücərrəd bir iqtisadi sistemi özündə əks etdirən geniş və qarşılıqlı proseslərin vəhtətindən təşkil edilmiş bir məvhumdur. Neft və neft məhsullarının reallaşdığı “bazar” dünyanın aparıcı dövlətlərində yerləşən fond birjaları sayılır. Dünyada 130-dan çox iri fond birjaları fəaliyyət göstərir. Birjalarda satılan əmtəələrin 30-40% sənaye məhsulları təşkil edir ki, onların da içərisində neft və neft məhsulları yüksək çəkiyə malikdir.

Bu birjalar içərisində daha çox neft məhsullarının mübadiləsi ilə ixtisaslaşan birjalar –Nyu –York və London birjalarıdır.Onu da qeyd etmək lazımdır ki, birjalarda neft və neft məhsullarının mübadiləsi zamanı qiymətlərin reallaşdırılması fyuçers sazişləri əsasında aparılır.

Sazişin şərtlərinə əsasən neft və neft məhsullarının mübadiləsi real mala görə deyil, həmin malın mübadiləsi haqqında hüququn alınıb-satılmasıdır. Neftin qiymətləndirilməsi kotirovkalara əsaslanır. Hal-hazırda fond birjalarında Light, Sweet Crude Oil, IPE Brent Crude kimi neft kotirovkaları ən yüksək keyfiyyətli neft markaları sayılır.Buna “neft fyuçers kotirofkası” deyilir.

Müasir dövrdə dünya təsərrüfatını analiz edərkən təbii ehtiyatlara olan artan tələbatın əsas hissəsini məhz yanacaq ehtiyatlarının təşkil etdiyini görə bilərik. Onu da qeyd etmək lazımdır ki, bu yanacaq daşıyıcılarının içərisində neftin xüsusi çəkisi təxminən 40-50% təşikl edir.

Ümumdünya təsərrüfatına baş verən bütün dəyişikliklərdə neft amilinin rolu olduqca böyükdür. Müasir neft sənayesi olduqca beynəlmiləl xarakter almışdır.

Hazırki dövrdə neft məhsulları bazarının iqtisadi əsaslarının tədqiqi ilə bir çox şirkətlər, qrumlar məşğul olur. Onlar gələcəkdə neft hasilatını, emalını, satışını, qiymətini, bu sahəyə qoyula biləcək investisiyanın həcmini, risklik dərəcəsini və s. məlumatları araşdırırlar.

Hazırki şəraitə uyğun olan dünya bazarlarında tələbin tam ödənilməsi üçün elə bir mexanizm yaranmışdır ki,qlobal şəkildə resursların axını baş verir.Bu resurslar içərisində ən çox əhəmiyyət kəsb edəni enerji daşıyıcılarıdır.Bu halda enerji dedikdə bir nömrəli hesab edilən neft başa düşülür..Dünya bazarlarında xüsusi seqment təşkil edən neft bazarı öz dinamikliyi və spesifik işləmə mexanizmi ilə seçilir.

Dünyada yerləşən neft ehtiyatlarının ümumi həcmi 1318 milyard barrel təşkil edir.Bu ehtiyatların da əksəriyyəti Fars körfəzi ,Yaxın və Orta Şərq ,Meksika körfəzi ,Xəzər hövzəsi və Şimal dənizinin şelf zonasının payına düşür.

Buradan onu aydın görmək olur ki, ən böyük neft ehtiyatlarına malik olan ölkələrin böyük bir qismi inkişaf etməkdə olan ölkələrdir.Təkcə Fars körfəzi sahilində yerləşən ölkələrin neft ehtiyatı dünya neft resurslarının yarısını təşkil edir.

Dünya bazarlarında neft ixrac edən o ölkələrdir ki, istehsal etdikləri neft daxili istehlakdan daha çoxdur.Yaranmış bu artıqlıq ixracat yönümlü hesab edilir.Yalnız bu halda neft ixrac edilə bilər.Hazırda neft ixrac edən ölkələr elə məhz zəngin neft ehtiyatına malik olan ölkələrdir.Bu ölkələrin sahib olduqları zəngin resurslar həm öz ölkəsinin ,həm də neft ehtiyatı olmayan və bu resursa ehtiyacı olan ölkələrin tələbatını ödəyir.Yəni,qarşılıqlı şəkildə razılaşmalar ,dünya bazarınada tələb və təklifin uzlaşması ilə ixrac prosesi həyata keçirilir.Daha əvvəl də qeyd edildiyi kimi, neft ixrac edən ölkələr zəngin neft yataqlarına sahib olan ,yəni Fars körfəzi , Xəzər dənizi , Meksika körfəzi , Şimal dənizi hövzəsinə aid olan ölkələr hesab edilir.

Dünyada neft ixracı sahəsində müəyyən birliklər qurulmuşdur.Bunlardan biri OAPEC (Organization of Arab Petroleum Exporting Countries ) –dir. Əsas məqsədi üzv ölkələrin inkişafını təmin etməkdən ibarət olan təşkilat ərəb ölkələrinin enerji siyasətini koordinasiya edir.Təşkilat 1968-ci il 9 yanvarda Küveyt , Liviya , Səudiyyə Ərəbistanının razılığı ilə Beyrutda yaradılmışdir .Hal-Hazırda təşkilatı 11 üzvü var . Əlcəzair ,Bəhreyn , Misir , İraq , Küveyt , Liviya , Qatar , Səudiyyə Ərəbistanı , Suriya , Tunis və Birləşmiş Ərəb Əmirlikləri .

Dünya neft bazarında mühüm iştirakçılardan biri də neft idxalçı ölkələridir.Hazırda dünya təsərrüfatının dinamik inkişafı ,post-industrial mərhələsinin ən ali mərtəbəsinin yaranması hər bir ölkə üçün neftin əhəmiyyətini artırır.

Bu onunla izah olunur ki , neft məhz ənənəvi yanacaq növü olsa da öz alternativlərinə nisbətən optimallığı qoruyub saxlamaqdadır.Hazırad dünya neft ehtiyatlarının 95%-ni özündə cəmləşdirən 20 ölkənin yeraltı sərvəti 180-dən çox ölkənin təsərrüfatının canlanmasına şərait yaradır.

Hazırda dünya neft idxalının həcmi gündəlik 65 milyon barreldir.Bu göstərici dünya neft istehlakının 78.7%-ni ifadə edir.Yəni istehlak edilmiş neftin 21.3%-i yerli istehsalın nəticəsində əldə olunmuşdur.Amerika Birləşmiş Ştatlarının neft sənayesi gündəlik 8 milyon barrel neft istehsal edir.Bu göstəricinin yalnız 1 milyon barrelini ixraca yönəldir.Birləşmiş Ştatların gündəlik neft istehlakının həcmi isə 21 milyon barreldir.Beləliklə iqtisadiyyetına hər gün əlavə olaraq 14 milyon barrel neft lazımdır ki , öz fəaliyyət mexanizmini dayandırmasın .Beləliklə, ABŞ bu 14 milyon barreli hər gun idxal edir.Və bu göstərici ilə dünyanın ən böyük neft idxal edən ölkəsidir.

Dünyanın ən böyük ikinci neft idxalatçısı ölkəsi olan Yaponiya istehlakının hamısını idxal edir.Heç bir neft ehtiyatlarına malik olmayan Yaponiya neft idxalından asılı ölkələr siyahındadır.Yaponiyanın gündəlik neft idaxalının həcmi 5 milyon barreldən çoxdur. Çin isə öz şelf zonasından gündəlik olaraq 3.7 milyon barrel neft istehsal edir. Lakin Çin iqtisadiyyatının dinamikliyinin qorunması üçün idxal olunan neftin həcmi gün ərzində 4 milyon barreldir.

Avropa Birliyi ölkələri alternativ enerji mənbələrinin araşdırılması və istifadəsinə çoxlu cəhdlər göstərsə də , hələ ki ,dünyanın ən çox neft idxal edən regionlarındandir.Cədvəl 1-də neft idxal edən ölkələr və onların dünya idxalındakı payı aydın ifadə olunmuşdur:



Sıra



Ölkələr



İdxalın həcmi(mln b/g)



1

Dünya

65410.00

2

ABŞ

14710.00

3

AİB

8613.00

4

Yaponiya

5032.00

5

Çin

4210.00

6

Almaniya

3026.00

7

Niderland

2648.00

8

Fransa

2465.00

9

Sinqapur

2440.00

10

Cənubi Koreya

2370.00

11

İtaliya

2223.00

12

Hindistan

2159.00

13

İspaniya

1777.00

14

BB

1673.00

15

Kanada

1229.00

16

Belçika

1119.00

17

Tailand

0,832.00

18

Türkiyə

0,714.00

19

İndoneziya

0,672.00

20

Tayvan

0,660.40

Ölkə



Region



OPEK-ə qoşuldu



Əhalisi



Sahəsi(minkv km)



Əlcəzair

Afrika

1969

34 mln

2381

Anqola

Afrika

2007

12 mln

1246

Ekvador

Cənubi Amerika

2007

13 mln

281

İran

Yaxın Şərq

1960

71

1648

İraq

Yaxın Şərq

1960

29.49 mln

438

Küveyt

Yaxın Şərq

1960

2.92 mln

18

Liviya

Afrika

1962

6.28 mln

1760

Nigeriya

Afrika

1971

151 mln

924

Qatar

Yaxın Şərq

1961

0.86 mln

11

Səudiyyə Ərəbistanı

Yaxın Şərq

1960

24.82 mln

2150

Birləşmiş Ərəb Əmirlikləri

Yaxın Şərq

1967

4.52 mln

84

Venesuela

Cənubi Amerika

1960

27 mln

916
?


opek-in-yaranma-sbblri-v.html

opel-media-information-4.html

open-7-days-a-week-food.html

open-access-original-work.html

open-debridement-of.html