1 ... 34 35 36 37 38 39 40 41 ... 187

Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR - səhifə 38

səhifə38/187
tarix21.06.2018
ölçüsü4.41 Mb.

yaxın dostlu olduğunu qeyd etmişdi

364


. Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal 

Səlmasi


365

,  Muhəmməd  ibn  Abdullah  ibn  Əxi  Meymi,  Əbu  Abdullah  ibn  Dost,  Əbü’l-

Hüseyn  ibn  Buşran,  Übeydullah  ibn  Əbü’l-Fəth  ondan  hədis  dinləmişdi.  Əbu  Əli 

Hüseyn Bərdəi

 

‚ustadi-əhəd‛ yəni misli olmayan müəllim ləqəbi ilə və xəlifənin imamı 

(pişnamazı) kimi tanınmışdı. H. 340-cı ildə (951) Qahirədə vəfat etmişdi

366


.  

 

 

Hafiz Əbu Əmr Səid ibn Qasım ibn Əla ibn Xalid Bərdəi 

Yaşadığı  dövrün  böyük  hədis  hafizlərindən  olan  Əbu  Əmr  Səid  Bərdəi  Türküstanın 

Taraz


367

  şəhərində  məskunlaşmışdı.  H.  350-ci  ildə  (961)  həcc  ziyarətinə  getmiş  və 

qayıdarkən  Bağdada  gəlmişdi.  Bağdadda  Muhəmməd  ibn  Hibban  əl-Bəsri,  İsfahanda 

Muhəmməd  ibn  Yəhya  ibn  Mundəh

368

,  Abdullah  ibn  Hüseyn  ibn  Bəhr  əş-Şamati 

Nişapuri, Muhəmməd ibn Cə’fər əl-Kərabisi Bəlxidən hədis nəql etmişdi. Əbü’l-Həsən 

Əli  ibn  Ömər  Darəqutni  (918-995),  Əbu  Əli  ibn  Fudalə  ər-Razi,  Əhməd  ibn 

Əbdurrəhman  əş-Şirazi,  Əbu  Əli  Hüseyn  ibn  Əli  Bərdəi  və  başqaları  ondan  hədis 

dinləmiş və nəql etmişdilər. Həmçinin Muhəmməd ibn İsmayıl əl-Vərraq da Bağdadda 

ondan hədis nəql etmişdi. Ondan hədis dinləyib nəql etmiş başqa bir tanınmış ravi Əbu 

Əbdürrəhman  Muhəmməd  ibn  Hüseyn  ibn  Muhəmməd  ibn  Musa  əl-Əzdi  əs-

Süləmidir

369


 (öl. 1021). Əbu Əmr Səid Bərdəi h. 362-ci ildə (973) Tarazda vəfat etmişdi

370


İbnü’l-İmad  alimin  Tarazda,  lakin  h.  363-cü  ildə  (974)  vəfat  etdiyini  qeyd  etmişdi

371

.  Nəql silsiləsində Əbu Əmr Səid Bərdəinin də olduğu hədislərdən biri aşağıdakıdır: 

                                                 

364


 ZƏHƏBİ, Müştəbih, s. 32.  

365


 Əbü’l-Qasım Əli ibn Həsən İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, (Nşr. M. Əmrəvi), C. XLI, s. 398, C. LXI. s. 187, 

Beyrut 1995. 

366

  XƏTİB  BAĞDADİ,  Tarixu-Bağdad,  C.  VIII,  s.  54;  Cəmaləddin  Əbü’l-Məhasin  Yusif  İBN  TAĞRIBİRDİ,  Nücumu’z-

Zahirə  fi  Müluki-Misr  və’l-Qahirə,  C.  I,  s.  424,  Qahirə  1930;  Əbdülhəyy  ibn  Əhməd  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb  fi  Əxbari  mən  Zəhəb,  C.  II,  s.  238,  Dəməşq  1986;  Xətib  Əhməd  ibn  Əli  əl-BAĞDADİ,  Əsmai’l-Mübhəmə  fi’l-Ənbai’l- Məhkəmə, s. 78, 80, 200, 300, 

www.almeshkat.net

  367

 Taraz-indiki Qazaxıstanın cənubi-şərqində yerləşən şəhər. Qədim adı Taraz (Talas) olun bu şəhər 1997-ci ilə qədər 

Cambul adlanmışdı.  

368

 Əbu Nueym Əhməd ibn Abdullah İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 300, Leiden 1934. 

369

 Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli əl-BEYHƏQİ, Məvsusətu-Ricali’s-Sünəni’l-Kübra, s. 75, Qahirə (trz).

 

370


  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ZƏHƏBİ,  Kitab  Təzkərətü’l-Hüffaz,  s.  936-937,  Beyrut  (trz); 

SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s.  215-216;  XƏTİB  BAĞDADİ,  Tarixu-Bağdad,  C.  IX,  s.  110;  İBN  KƏSİR,  Bidayə  və’n-

Nihayə, C. II, s. 311. İbn Kəsir alimin adını ‚Əbu Əmr Səid ibn Qasım ibn Xalid Bərdəi‛ olaraq qeyd etmişdir.  

371


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 222. 

 


Ayşə (ٍ) dedi: ‚Allah Rəsulu (م) ölüləri söyməyi nəhy (qadağan) etdi‛

372


 

 

Hafiz Əbu Osman Səid ibn Əmr ibn Əmmar əl-Əzdi Bərdəi 

Böyük  hədis  hafizlərindən  biri  idi.  Hədis  dinləmək  üçün  uzun  səyahətlərə  çıxmışdı. 

Dəməşqdə  Əbu  Zur’ə  Dəməşqidən

373

  hədis  dinləmişdi.  Əbu  Zur’ə  Dəməşqi  ilə  hafiz 

Əbu  Osman  Səid  Bərdəi

  

yaxın  dost  idilər.  Əbu  Osman  Səid  Bərdəi  həmçinin  Əbu 

Yaqub əl-Cürcani, Əbu Səid əl-Əşcə, hafiz Səlim ibnü’l-Həccac, Muhəmməd ibn Yəhya 

əz-Zıhli,  Əbu  Zur’ə  ər-Razi

374


,  Əbu  Hatim  ər-Razi

375


,  Muhəmməd  ibn  İshaq  əs-

Səğanidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Muhəmməd  ibn  Yusif  ibn  İbrahim,  Əbu 

Abdullah Əhməd ibn Tahir ibnü’n-Nəcm əl-Miyanəci, Əbü’l-Qasım Həfs ibn Ömər əl-

Ərdəbili,  Həsən  ibn  Əli  ibn  Abbas,  İbrahim  ibn  Əhməd  əl-Meyməzi  ondan  hədis 

dinləmiş  və  nəql  etmişdilər.  Alim  h.  292-ci  ildə  (905)  vəfat  etmişdi.  Bəziləri  onun, 

Qur’ani-Kərimin  məxluq  olması  kimi,  mö’təzilə  məzhəbinin  fikirlərini  mənimsədiyini 

iddia  etmişdilərsə  də  onu  yaxından  tanıyan,  onun  tələbəsi  olmuş  şəxslər  bunun  qəti 

surətdə  doğru olmadığını,  Əbu  Osman  Səid  Bərdəinin  əhli-sünnə  mənhəcinə  sıx  bağlı 

olduğunu bildirmişdilər

376


. Alimin müəllifi olduğu ‚Kitabü’z-Züəfa və’l-Kəzzabin və’l-

Mətrukin‛  adlı  hədis  elminə  aid  əsərin  bir  nüsxəsi  İstanbulda  Köprülü  yazma  əsərlər 

kitabxanası, Fazil Əhməd paşa kolleksiyasında saxlanılır. 

 

Əllamə Əbu Səid Əhməd ibn Hüseyn Bərdəi 

Mö’təzili  kəlam  alimi  olan  Əbu  Səid  Əhməd  Bərdəi  yaşadığı  dövrdə  həmçinin  hənəfi 

məzhəbinin  böyük  fəqihlərindən  biri  kimi  tanınmışdı.  Gənc  yaşlarında  vətəndən  həcc 

                                                 

372


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IX, s. 110. Bu hədis üçün bax: BUXARİ,  Səhih, Cənaiz 97, Riqaq 42; NƏSAİ,  Sünən, Cənaiz Nr. 52/1910; ƏBU DAVUD, Sünən, Ədəb 42/4899. Hədisin ‚Kütubi-Sittə‛dəki mətni belədir: Ayşə (ٍ) 

dedi: Allah Rəsulu (م) buyurdular ki; ‚Ölüləri söyməyin. Çünki onlar bu dünyada etdikləri əməllərlə birlikdə artıq 

keçib getmişdirlər‛. (اٞ

َُّٓكَه آَ ٠َُِئ ا َْٞعْكَأ ْكَه َُِّْْٜٗاَك  َخا ََْٞٓلأا اُّٞثٍَُذ لا). 

373

  Əbu  Zur’ə  Əbdürrəhman  ibn  Əmr  Dəməşqi  (öl.  893)  tarixçi  və  hədis  hafizi,  mühəddis  idi.  Suriyada  yaşamış  və 

orada vəfat etmişdi.  

374


  Əbu  Zur’ə  Übeydullah  ibn  Əbdülkərim  ər-Razi  (öl.  878)-  məşhur  hədis  hafizlərindən  idi.  İslam  dünyasında 

mötəbər  6  hədis  kitabından  (Kutubi-Sittə)  birinin  müəllifi  olan  İbn  Macə  (824-887)  özünün  ‚Sünən‛  adlı  hədis 

kitabını qələmə alandan sonra Əbu Zur’ə ər-Raziyə təqdim etmiş və onun müsbət rəyini almışdı.  

375


 Əbu Hatim Muhəmməd ibn İdris ibnü’l-Münzir (öl. 890)-məşhur hədis hafizi idi.  

376


  ZƏHƏBİ,  Kitab  Təzkərətü’l-Hüffaz,  s.  936-937;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  411-414;  Əbu 

Abdullah ibn Muhəmməd ibn Əhməd ibn Əbdülhadi DİMƏŞQİ, Təbəqatu-Üləmai’l-Hədis, C. II, s. 459, (Nşr. Ə. Buşi- 

Zeybəq. İ), Beyrut 1997; Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr əs-SÜYUTİ, Təbəqatü’l-Hüffaz, s. 115, Qahirə 1973. 


:

kitab
kitab -> []
kitab -> []
kitab -> []
kitab -> []
kitab -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
kitab -> Anafilaktik şok üzrə klinik protokol
kitab -> []


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


partners-n---cooperation-17.html

partners-n---cooperation-21.html

partners-n---cooperation-26.html

partners-n---cooperation-30.html

partners-n---cooperation-35.html