©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

partiya işçilərinin də baxacağı gözlənilir. Bu - Aydin talibzadə

partiya işçilərinin də baxacağı gözlənilir. Bu 


tamaşa teatrın Azərbaycan  əməkçilərinə 



______________Milli Kitabxana_______________ 
232 

yeni il töfhəsidir. Mehdi səhnə  fəhlələrinə, 


işıqçılara, aktyorlara son göstərişlərini verir 


və qonaqları qarşılamaq üçün birinci 


mərtəbənin foyesinə düşür. Gələn Mirzə 


İbrahimov və teatrımızın görkəmli 


tənqidçisi Cəfər Cəfərovdur. Onlar 


Mehdiylə mehribancasına görüşüb baş 


rejissorun otağına qalxırlar. 


                                             ***  
     Təcəssüm manerası baxımından “Kəndçi 
qızı” tamaşasını Mehdi yaradıcılığında 
“Əliqulu”nun davamı kimi götürmək 
mümkündür.  İş bu ki, Milli Teatrın baş 
rejissorunun quruluşunda “Kəndçi qızı” da 

əsl 


xalq tamaşasına

 çevrilir, xalqın sevimli 
tamaşaları  sırasına qatılır və  “Əliqulu” kimi 
müasir  şəhər folklorunun içinə daxil olur. 
Tamaşa teatrın repertuarında xeyli müddət 
yaşayır və ömrünü bitirdikdən sonra “Bənövşə 
- Vahid” obrazlarının tandemi “Kəndçi qızı”nın 
keyfiyyət pasportu kimi müxtəlif aktyorların 
ifasında xırda-para improvizələrlə konsert 
proqramlarına salınır.  
     Hərçənd “Əliqulu evlənir” tamaşası ilə bağlı 
hadisə burada da təkrarlanır: adi seyrçi 
qavrayışı ilə, qəzetlərdə “Kəndçi qızı”na 

______________Milli Kitabxana_______________ 
233 
yaradılan piarla teatr ictimaiyyəti
nin fikri müxtəlif 
məqamlarda üst-üstə düşmür. Mən Cəfər Cəfərovun, istər 
“Əliqulu evlənir”, istər “Kəndçi qızı” tamaşaları haqqında 
rəylərindən özüm üçün aydınlaşdırdım ki, bütün pozitivləri 
söyləməklə yanaşı o, hər iki tamaşanı “ucuz komediya” kimi 
qiymətləndirib, lakin Mehdi Məmmədovu bir dəfə  də 
suçlamayıb,  əvəzində dramaturgiyanın zəifliyini dönə-dönə 
vurğulayıb. “Kəndçi qızı” pyesi sovetlər dönəmində  şəhərlə 
kənd arasında fərqlərin azaldılmasına (hətta ləğv edilməsinə!) 
həsr olunmuş mübarizənin kontekstində xarakterlər komediyası 
kimi yazılıb. Belə ki, hətta bu komediyanın qəhrəmanları 
Bənövşə  və Vahidi haradasa Katarina və Petruççonun 
azərbaycanlı invariantı da hesab etmək olar; o fərqlə ki, 
Bənövşə burada Vahidi özündənrazı, ərköyün, vasvası bir şəhər 
uşağı,  ədabaz professor oğlu olduğuna görə  cəzalandırmağa, 
dəyişdirməyə, islah etməyə çalışırdı. Pyesdə qalan nə varsa, 
Bənövşə - Vahid münasibətləri üçün yalnız bir fondur. 
Komediyanın energetik mərkəzi güclü xarakterə malik gənc 
mexanizator Bənövşəyə  məxsusdur. Bu qız kolxozun həm  əla 
işçisidir, həm sadə, utancaq kənd qızıdır, həm də  şən, dəcəl, 
zarafatcıl aktrisadır. O, müxtəlif situasiyalarda imicini dəyişib 
başqasının rolunu oynaya bilir, amma heç vaxt Bənövşəyə 
xəyanət etmir. Razılaşaq ki, elə bu sayaq bir obrazın xatirinə 
pyesə quruluş verməyinə  dəyərdi. Çünki improvizələr üçün, 
fantaziya üçün, oyunbazlıq üçün geniş imkanlar açılırdı.  
     Mehdini  pyesdə  məhz bu cəhət özünə  çəkirdi. O, istəyirdi 
ki, “Əliqulu”da bəhrələndiyi “oyun içində oyun” prinsipindən 
burada da, amma daha yüksək səviyyədə, yararlansın. Bu 
məqsədlə Mehdi öncə öz fikrini, ideyasını tamaşanın tərtibat 
sistemində kodlaşdırdı. Rəssam Sadıq  Şərifov rejissorun 
göstərişilə səhnənin arxa divar pərdəsində müasir dövrə uyğun 
dəyişən, yeniləşən, parada aparılası bir kənd mənzərəsi 
çəkmişdi. Bu o demək idi ki, biz bu gün səhnədə  kəndi 
oynayırıq, kənd həyatını oynayırıq.  Nədən mən fikrimi bu 

______________Milli Kitabxana_______________ 
234 
tərzdə ifadə etdim? Çünki müəyyən epizodlar tamamlandıqdan 
sonra səhnəyə xüsusi fəhlə geyimində statistlər daxil olurdular 
və hamının gözü qarşısında oyun məkanının dekorlarını 
təzələyirdilər. Bununla da rejissor sanki səhnə ilə  həyat 
arasındakı  sərhədin daima mövcud olacağını xatırladırdı, 
özünün sənətçi platformasını açıqlayırdı. Teatrda realizm o 
demək deyil ki, səhnədə  həyatın, gerçəkliyin üzü, surəti 
çıxarılsın. Səhnə  həyata yox, teatra məxsus bir məkandır və 
onun çərçivəsi daxilinə  sığışan bütün oyunlar da apriori 
teatraldır. Teatrda “Kəndçi qızı” tamaşası oynanılırdı: 
tamaşanın qəhrəmanı mexanizator Bənövşə isə, həvəskar 
aktrisa Bənövşə isə pyesdə düzənlənən münasibətlərə bir cavab 
kimi Nərgiz rolunu ifa edib oyun içində oyun qururdu. Mehdi 
Məmmədov  əbəs yazmırdı ki, “Kəndçi qızı” pyesinin 

“mövzusu, ana xətti, ideya motivləri də  Bənövşə obrazı ilə 


bağlıdır. Müsbət qəhrəman doğrudan da burada 


komediyanın  əsas qəhrəmanı, onun hərəkət qüvvəsi, 


konflikt məhvəri, ideya təcəssümçüsüdür... Bənövşə ona 


görə  Bənövşədir ki, o Ayxanımın, Göyərçinin,  Şölənin 


taleyini öz taleyini düşünən kimi düşünür. O, Göyərçinin 


intiqamını almaq, Ayxanımı və Şöləni Vahidin pəncəsindən 


qurtarmaq üçün özünü irəli verir. O, mərd, cəsur, 


fədakardır. O, hətta mübarizəni təkbətək başlamaqdan 


belə qorxmur. Vuruşa girib sonra tədriclə öz ətrafına 


müttəfiqlər toplayır”.


177 
     Bəlkə  də elə bu səbəbdən Mehdi Bənövşə rolunu Hökümə 
Qurbanovaya tapşırmışdı. Hökümə o zaman teatrın prima 
aktrisası idi, hər hərəkətində, duruşunda, sözündə özünün kübar 
bir qadın olduğunu vurğulamağı xoşlayan ədalı bir aktrisası idi. 
Və birdən-birə kəndçi qızı Bənövşə... 

      Şəfiqə  Məmmədova teatr institutuna artıq qəbul 


olunmuşdu. Mehdininsə hələ bundan xəbəri yox idi. 


     Kübar xanım Hökümə ilə kəndçi qızı Bənövşənin xarakter, 
davranış,  əda kontrastından tamaşanın xeyrinə  bəhrələnmək, 

______________Milli Kitabxana_______________ 
235 
onu bunda, bunu onda əritmək məhz Mehdinin ağlına gəlmişdi. 
Bundan savayı rejissor Mehdi aktrisa Hökümə xanımla 
işləməkdən, onun aristokrat maneralarından, danışığından 
aşkar zövq alırdı... Gərçi belə olmasaydı, Mehdi ömrünün 
sonunda Hökümə xanımın qarşısında bir teatrşünas, bir 
jurnalist kimi əyləşib bu qadının fikirlərinin, düşüncələrinin 
obrazından bir monoqrafiya yaratmağa cəhd etməzdi ki?.. Və 
bu araşdırmanı “Onun sənət ulduzu” adlandırmazdı ki? 
     İndi bu ad mənə Mehdinin bizə ünvanladığı bir şifrə 
qismində görünür. Və  şəxsən mən burda, istər kitaba aid, 
istərsə də Hökümənin özünə aid konkret heç nə tapa bilmirəm. 
Ya bu adda bir müəmma gizlənib, ya da bir cəfəngiyyat... 
     “Onun sənət ulduzu”... Hm... qəribə və şübhəli. Onun, yəni 
kimin? Hökümənin?  Əgər elə isə kimdir o ulduz? Mehdi?! 
Niyə də olmasın ki?..  
     “Onun sənət ulduzu”... Hm... qəribə və şübhəli. Onun, yəni 
kimin? Mehdi təxəyyülündə özünə “o” deyə bilərdimi? İstisna 
edilmir. Dünyanın bütün komandorları üçün bu xarakterik 
cəhət. Əgər elə isə, onda Mehdinin ulduzu Hökümədir!!! Niyə 
də olmasın ki?.. 
     “Onun  sənət ulduzu”... Hm... qəribə  və  şübhəli. Hər halda 
bu adın  ətrafında ulduz-ulduz mənalar sayrışır... Bəyəm 
Hökümənin  özü sənət ulduzu deyildimi? O zaman Mehdi kimi 
bir sənət bilicisi, söz, fikir aşiqi nədən belə yazırdı? 1983-cü 
ildə yaşlı rejissor bizə daha nələri demək istəyirdi?  
     Biz hər şeyi bizə sərf edən qədər oxuyub anlayırıq! 

     Şəfiqə  Məmmədova teatr institutuna 1962-ci ildə  qəbul 


olunmuşdu. Mehdininsə  hələ bundan xəbəri yox idi: başı 


“Kəndçi qızı”na qarışmışdı... 


     Hökümə Qurbanova kimi Afrodita heykəlini xatırladan  
gözəl bir qadını  səhnəyə  kəndçi qızı  Bənövşə kimi çıxaranda 
və, o buna həvəslə razılaşanda, Hökümə xanım artıq Mehdi 
teatrının aktrisasına çevrilmişdi. 1946-63-cü illər intervalında 
Mehdi Məmmədovun quruluş verdiyi tamaşaların 

______________Milli Kitabxana_______________ 
236 
əksəriyyətində Hökümə xanım rol almışdı. Bax, bu birgə 
əməkdaşlıq onları bir-birinə doğmalaşdırmışdı. Bəlkə də elə bu 
qarşılıqlı simpatiyanın nəticəsi idi ki, Mehdi kəndçi qızı 
Bənövşəni də Hökümə Qurbanovaya həvalə etmişdi. 
     Aktrisa  seyrçilərə çox aktiv, çevik, güləyən, inadcıl bir 
Bənövşə təqdim edirdi. Bica deyil ki, “Bakı” axşam qəzetində 
“Kəndçi qızı” pyesinin müəllifi M.İbrahimovun Lenin 
mükafatına təqdim edilməsilə  əlaqədar eyniadlı tamaşa 
haqqında müxtəlif peşə sahiblərinin rəyləri kollaj prinsipində 
dərc olunmuşdu və kollajı düzüb-qoşan jurnalist tərəvəzçilik 
sovxozunun briqadiri adından “Bənövşə mübarizdir”
178 
cümləsini yazıb məqalənin sərlövhəsinə  çıxarmışdı. Və bu 
qiymət,  əslində, Mirzə  İbrahimovun yox,  Hökümə xanımın 
Bənövşəsinə verilmişdi. Yeri gəlmişkən, komediyada 
qəhrəmanın adını dramaturq “Bənəfşə” kimi yazır ki, bu da 
Təbrizdə yaşayan azərilərin dialektinə tam uyğundur.  Əlbəttə 
ki, bu adı səhnədən “Bənəfşə” kimi səsləndirmək qəti düzgün 
olmazdı  və xalq yazıçısının təkidinə baxmayaraq Mehdi 
Məmmədov bundan imtina edib “Bənövşə” variantı üzərində 
dayandı. Di gəl ki, dramaturq pyesin sonrakı  nəşrlərinin heç 
birində adın dialekt invariantını düzəltmədi. Ancaq bu, bir o 
qədər də önəmli deyil, tamaşanın tarixinin xırda bir qəlpəsidir. 
Önəmlisi başqa  şeydir: Lenin mükafatına təqdim edilmək. Və 
burada Azərbaycan mədəniyyət tarixinə suallar ünvanlanır. 
“Kəndçi qızı” pyesini respublikada məşhurlaşdıran Mehdi 
Məmmədovun quruluşu ola-ola niyə yalnız əsər mükafata layiq 
sayılmalıdır?  Əgər tamaşa olmasaydı, pyesin varlığından 
çoxmu adam xəbər tutacaqdı? M.İbrahimovun “Kəndçi qızı” 
mükafata təqdim olunanda Milli Teatrın bir qrup aktyoru 
“Bakı” qəzetində “Xalqın məhəbbətini qazanan əsər” adı 
altında iri bir məqalə ilə  çıxış edib yazıçını
 alqışlayırlar, 
pyesi tərifləyirlər. Məqaləni imzalamış 
sənətçilər arasında isə Mehdi Məmmədovun 

______________Milli Kitabxana_______________ 
237 
adı yoxdur. Mən burada xüsusi şərhə ehtiyac 
duymuram. Nədən ki, “Kəndçi qızı”nın xaç 
atası  məhz Mehdinin özü idi və onun 
kimlərdənsə nələrisə ummağa haqqı vardı. 
     Mehdi  rol  bölgüsü  apararkən təcrübəni hər 
şeydən üstün bilirdi. Bu səbəbdən də Vahid 
obrazında 62 yaşlı Möhsün Sənanini görmüşdü. 
Vahidin atası Mahmud Səfainisə 65 yaşlı 
Ağasadıq Gəraybəyli oynayırdı. Həqiqətən, 
gülməli alınır. Odur ki, Mehdi 24 yaşlı  Həsən 
Turabovu Möhsün Sənaniyə dublyor təyin 
eləmişdi.  Əvvəlcə onlar bir-birini vaxtaşırı 
əvəzləyirdilər. Sonralar isə, xüsusilə qastrollar 
zamanı, Vahidi davamlı olaraq Həsən Turabov 
oynamağa başladı. Onun  skripka dərslərinə 
gedən gözüeynəkli, boğazı papyunlu
179
, ağ 
kostyumlu konservatoriya tələbəsinə oxşayan 
ərköyün və dikbaş Vahidi də, böyük mənada, 
tamaşanın məntiqi kazusuna çevrilirdi. Çünki 
Hökümə xanımın 1962-ci ildə 49 yaşı vardı və 
o, Həsən Turabov yaşında bir gəncin potensial 
şəkilda ya anası, ya xalası, ya da bibisi ola 
bilərdi. Düzdür, M.İbrahimovun 
komediyasında heç bir personajın yaşı 
göstərilmir. Amma dramaturqun qeydlərindən 
aydınlaşır ki, Bənövşə ilə Vahid cavandırlar, 

______________Milli Kitabxana_______________ 
238 
onların sevib-sevilən vaxtıdır. Söylədiyimdə 
israrlıyam. Mən hesablama nöqtəsi kimi 
komediyanın personajlarından biri Ayxanımı 
götürürəm, yəni Vahidin aktrisa Nərgizlə 
(Bənövşə) tanış olmamışdan öncə sevdiyi qızı. 
Onu dramaturq bizə ali məktəbi təzəcə bitirmiş 
gənc kimi təqdim edir. Əgər təqribi  şəkildə 
onun yaşını 23 qəbul eləyiriksə, onda haradasa 
Vahidin yaş həddini 27 götürmək mümkündür. 
Deməli, Bənövşənin də yaşı haradasa 23-25 yaş 
arasındadır. Bu onu bildirir ki, Hökümə 
Qurbanova bu rolu oynayarkən öz 
personajından iki dəfə böyük olub. Tamaşanın 
bir neçə epizodunu tarixiləşdirmiş fotoşəkillərə 
baxdıqda həməncə aydınlaşır ki, Hökümənin 
Bənövşəsi Həsənin Vahidinin xalası (anası  və 
ya bibisi, sonucda lap müəlliməsi) yerindədir. 
Məəttəl qalası bir fenomendir. Buna Mehdi 
Məmmədov necə razılıq verib? Bəs seyrçilər? 
Onlar bu fərqi duymayıblarmı?  Əgər 
duymayıblarsa və 
hətta Hökümənin 
Bənövşəsinə valeh olublarsa, qəzet 
səhifələrində aktirsanı  tərifləyiblərsə, demək, 
teatr öz tamaşaçılarını mahircəsinə aldadıb. 
Onda  əhsən teatra, teatrın baş rejissoru Mehdi 
Məmmədova və Hökümə xanıma... 

______________Milli Kitabxana_______________ 
239 
     Lakin  bir  dəqiqqə... C.Cəfərov “Əliqulu 
evlənir” tamaşası ilə bağlı da söyləmişdi ki, 
teatr lap ağ eləyib, yaşlı aktyorlar cavan oğlan 
və qızların rollarını oynayırlar. Belə bir tənqidi 
C.Cəfərov hələ “Gənc qvardiya” tamaşasına 
baxdığı çağlarda da səsləndirmişdi. Busa artıq 
simptomatik halın mövcudluğuna dəlalət edir 
və yaş məsələsinin uzun illərdən bəri teatr üçün 
problemə çevrildiyini görükdürür. Ona görə də 
seyrçinin uğurla “aldadılması” məsələsilə bağlı 
bir o qədər də eyforiyaya qapılmaq lazım deyil. 
Hərçənd camaat bu uyğunsuzluğa fikir 
vermirdi və teatr “Kəndçi qızı” tamaşasını 
Azərbaycanın hansı bölgəsinə aparırdısa, orada 
aktyorların ünvanına təriflər eşidilirdi.
180
 Milli 
Teatrda bir ildən bir az artıq müddət  ərzində 
“Kəndçi qızı” haradasa yüz dəfə seyrçilərə 
göstərilmişdi.  Əlbəttə ki, burada teatrın 
aktyorlarının, və xüsusilə  də, Hökümə 
Qurbanovanın imicinin təsirini hesabdan atmaq 
olmaz.  
     Amma  bir  məqam diqqəti yaman özünə 
çəkir. Mehdinin iki il intervalında iki əsl xalq 
tamaşası hazırlamasına baxmayaraq teatrda 
onun renomesi yüksəlmir. Mehdi özü ilə 
kollektiv arasında isti, səmimi münasibətlər 

______________Milli Kitabxana_______________ 
240 
qura bilmir. 1963-cü il yanvarın 31-də Ələskər 
Ələkbərovun qəfil vəfatından sonra Mehdinin 
özü Fərhad Kamalov rolunda səhnəyə  çıxır. 
Bu, həməncə tamaşanı yenidən təravətləndirir, 
rəngləri canlandırır, aktyorlara səhnədə daha 
sərbəst və daha ekspressiv davranmağa kömək 
edir. Mehdinin hüquqşünas Kamalovu 
tamaşada  əla görünürdü və bir çox 
komponentlərə görə  Ələskərin Kamalovunu 
üstələyirdi. Bir vaxtlar Mehdi Hüseyn 
söyləmişdi ki, o, Kamalov rolunu məhz 
Ələskəri nəzərdə tutub yazıb.
181
 Amma 
Kamalov obrazında Mehdini səhnədə görənlər 
isə  bəyan edirlər ki, bu rol Mehdi 
Məmmədovun boyuna biçilmişdi. Bunu sübut 
eləmək heç də  çətin deyil. “Onu bağışlamaq 
olarmı?” bədii filmində Mehdiyə mayor Qaya  
rolunda baxmaq kifayətdir ki, Kamalovu 
həməncə  təsəvvüründə canlandırasan və 
Mehdiyə mundirin necə yaraşdığını öz 
gözlərinlə görəsən. Axı 1959-cu ildə Rza 
Təhmasib artıq bir dəfə Mehdini şıq geyimli, 
ucaboy, məğrur, istiqanlı və insanpərvər ədalət 
keşikçisi müstəntiq Qaya kimi kinoekranlara 
çıxarmışdı  və Mehdinin kamera qarşısında yaratdığı 
obraz bəyənilmişdi, sevilmişdi. Mehdi ürəyiyuxa, 

______________Milli Kitabxana_______________ 
241 
görkəmi qəşəng və cazibədar Komandoru oynamışdı 
Rza Təhmasibin filmində, Qayanı ideal qəhrəman 
səviyyəsinə çatdırmışdı. Elə ona görə də mən güman 
eləyirəm ki, Mehdinin Kamalovu Mehdinin Qayasına 
oxşamalıydı. Hətta haradasa dramaturji materialın 
özündə  də  Fərhad Kamalov Qayanın uğursuz taleli 
qardaşı kimi “oxunur”. Əgər Mehdi Hüseynin mətni 
məhkəmə xronikası kimi qavranılırdısa, 
Məmmədhüseyn Təhmasibin mətni özündə məhkəmə 
xronikası elementləri daşıyan detektiv qismində başa 
düşülürdü. Mehdi səhnədə Kamalovu oynayarkən 
Ələskər Ələkbərovun ifasına xas tragizm əlamətlərini 
tamam yığışdırırdı.  Əgər  Ə.Ələkbərov Fərhad 
Kamalovda ata, ağsaqqal, rəhbər oynamaq iddiasını 
ortaya qoyurdusa, Mehdi Məmmədov Kamalovu 
Cəlal Qaşqayın, Əsmərin dostu, məsləki təmiz adi bir 
sovet vətəndaşı kimi, təbii ki, ona xas teatrallığı, 
Komandor  ədalarını, Komandor yerişini saxlamaq 
şərtilə, təqdim edirdi və  məhz rolun bu yozumu 
personajların səhnədə bir-birinə daha sıx 
yaxınlaşmasına səbəb olurdu. 
     Əvəzində Mehdi, Milli Teatrın baş rejissoru, 1963-
cü ildə heç bir tamaşa-filan hazırlamır və, Cəfər 
Cəfərovun sözü olmasın, “gözlənilmədən teatrdan 
uzaqlaşaraq, səhnə fəaliyyətindən elmi yaradıcılığa”
182
 
Komandor addımları ilə addımlayır. Amma mən başa 
düşmürəm ki, burada şünasların  şünası  Cəfər üçün 
gözlənilməz, qəfil nə olub. Əvvəla, hamı bilirdi ki, 
Mehdi elmi yaradıcılığa meylli adamdır və  dəfələrlə 

______________Milli Kitabxana_______________ 
242 
teatr praktikasını alim fəaliyyətinə  dəyişmək istəyib. 
İkincisi, yenə hamı bilirdi ki, Milli Teatrda Mehdinin 
işi heç də yağ kimi getmir: o, kollektivlə partlayış 
formasında olmasa da, vaxtaşırı konfliktlər (müəyyən 
anlaşılmazlıqlar ucbatından) yaşayır. Üçüncüsü, yenə 
hamı bilirdi ki, Mehdi teatrda reformaları  həyata 
keçirmək baxımından çətinlik çəkir, ləng qərar qəbul 
edir və lider iradəsinə, lider cəsarətinə malik insan 
deyil,  şəxsiyyətini, mənliyini qoruyan mədəni 
birisidir. Haradasa 70-ci illərin sonunda Mehdi 
Məmmədov tələbəsi Bəhram Osmanovun “Siz niyə o 
vaxt teatrdan getdiniz” sualını belə cavablayacaq: 

“Mənim  əxlaqımla onların  əxlaqı düz gəlmədi”.


183
 
Əlbəttə ki, burada sənət əxlaqı nəzərdə tutulur ki, o da 
yaradıcılıq intizamı, teatra münasibətin aliliyi 
məsələlərini özündə qapsayır. Mehdi Milli Teatrın 
əxlaq problemlərindən danışanda, təbii ki, 
K.S.Stanislavski ilə Vl.İ.Nemiroviç-Dançenkonun 
“Slavyan bazar”ında teatr üçün seçdikləri  əxlaq 
modelini nümunə, örnək götürüb danışırdı. Düzdür, 
Mehdi özünü teatrda Komandor
184
 kimi aparırdı, hər 
şeyin harmoniyada, qayda-qanun çərçivəsində 
nizamlanmasını  tələb edirdi, lakin buna nail olmağı 
bacarmırdı. Çünki despot, diktator deyildi və insanın 
kamilliyinə, müdrikliyinə inanırdı: bəzən uşaq kimi 
inanırdı. 
     Öz  doğma teatrında baş rejissor ola-ola Mehdi 
içində bir rahatlıq, sakitlik tapa bilmirdi: ürəyi istəyən 
qədər düşünüb-daşınmaq imkanını sanki burada onun 

______________Milli Kitabxana_______________ 
243 
əlindən almışdılar. Hər xırda işə görə o, fikirlərindən, 
xəyal aləmindən ayrılmalıydı, nəyəsə imza atmalıydı, 
intriqaları çözməliydi, kiməsə  nə üçünsə icazə 
verməliydi, müəyyən inzibati-administrativ məsələrlə 
bağlı hansısa dövlət instansiyalarına getməliydi, 
iclaslarda oturub mənasız danışan adamları 
dinləməliydi, hətta onları alqışlamalıydı, vaxt 
itirməliydi. Mehdininsə özünə  və vaxtına hayıfı 
gəlirdi. Çünki o, dərk edirdi ki, sənət dünyasında, elm 
dünyasında daha böyük işlər görməyə qadirdir: 
“Əliqulu evlənir”, “Kəndçi qızı” kimi tamaşalarsa 
kassa üçündür, repertuar üçündür. Hərçənd fakt bu ki, 
Mehdi Məmmədov Milli Teatrın baş rejissoru kimi 
tənqiddən, mədəniyyət funksionerlərindən, teatr 
xadimlərindən, ziyalılardan aktiv mənəvi dəstək 
görürdü. Mən  şəxsən 1961-ci ildə “Teatr”, 1962-ci 
ildə isə “Sovetskaya kultura” qəzetlərində  dərc 
edilmiş Moskva tənqidçilərinin məqalələrini bu ayağa 
yozuram: hətta istisna etmirəm ki, bu icmal xarakterli 
yazılar kimlər tərəfindənsə məhz təşkil olunmuşdu və 
ya müəlliflərin fikri öncədən müəyyən səmtə 
istiqamətləndirilmişdi. Məqalələrin adlarından bunu 
həməncə duymaq mümkündür. 1961-ci ildə Q.Şerbina 
bizim Milli Teatr barəsində düşündüklərini “Yuxudan 
ustufca oyanma” başlığı altında vermişdi. Elə bil 
xanım  Şerbina tez-tez Bakıya gəlib-getmişdi, teatrın 
“yatmış” günlərini  görmüşdü və Azərbaycan teatrının 
vəziyyəti haqqında çoxlu-çoxlu qeydlər yazmışdı ki, 
indi də onun oyanmasını müşahidə eləyəydi, fiksə 

______________Milli Kitabxana_______________ 
244 
eləyəydi.  Şübhəsiz ki, bu belə deyildi və Q.Şerbina 
bölgəyə ezam edilmiş adi teatrşünas-korrespondent 
funksiyasını yerinə yetirmişdi. Onda belə bir ad necə 
onun ağlına gəlmişdi? Deməli, xanım  Şerbinaya 
kimsə nələrisə astadan pıçıldayıb və görünür deyib ki, 
Mehdi Məmmədovun teatra baş rejissor təyin edilməsi 
teatrın yuxudan ayılmasının təminatçısıdır. Yəqin 
xanım  Şerbina onu da bilmirmiş ki, 1959-cu ildə 
Moskvada Milli Teatrın tamaşaları  uğurla qarşılanıb, 
xüsusilə  də “Otello”. O zaman Moskva tənqidçisinin 
teatra münasibətdə belə bir mövqeyi nə  qədər caiz? 
Bu, araqarışdırmağa,  Ədilin üstündən xətt çəkməyə 
bənzəmirmi? Teatr jurnalisti M.Levinin “Yeniliyi 
cəsarətlə axtarmalı”
185
 başlığı ilə  dərc edilmiş 
məqaləsinə  də dediklərim  şamildir. Sanki bu 
məqalələr Mehdidə özünə, başqalarında isə Mehdiyə 
inamı artırmaq məqsədi güdürdü, Mehdiyə kart-blanş 
verirdi ki, öz innovasiyalarında daha inadcıl, daha 
aktiv olsun. Amma Mehdi özünü və istedadını 
vəzifəyə, intriqalara, dedi-qodulara qurban gətirmək 
niyyətində bulunmurdu. Ona görə  də  tərəddüd 
etmədən, və bu məhz gözlənilirdi, 1963-cü il aprelin 
8-də  ərizəsini yazıb baş rejissorluğun daşını atdı. 
Təəssüflənmədi, kreslosundan ikiəlli yapışmadı. 
Bunun nə çox obyektiv səbəbləri, nə çox subyektiv 
səbəbləri. Mehdi son dərəcə  ağıllı, son dərəcə  həssas 
və son dərəcə realist bir kimsə idi: o, görmüşdü, hiss 
eləmişdi ki, kollektivdən istədiyini ala bilmir, onunla 
istədiyini gerçəkləşdirə bilmir, ideala çata bilmir. Və 

______________Milli Kitabxana_______________ 
245 
bunu bütünlükdə teatrın boynuna yıxmamışdı, günahı 
özündə axtarmışdı. Onun yaradıcılığının “axtarışlar 
dövrü”ndə deyilik bəyəm? Mehdi anlamışdı ki, 
özünün sənət idealını  təcəssüm etdirmək üçün gərək 
mütləq təzədən ruhsal enerji toplasın, bilgilərini 
mükəmməlləşdirsin, fikir aydınlığına yetişsin: özünə 
də hesabat versin ki, teatr sənətindən, rejissuradan nə 
umur, tamaşa hazırlamağı niyə  həyatının məqsədi 
sayır. 
     Mehdi  baş rejissor vəzifəsindən gedəndən və 
praktikadan hələliyə ayrılandan  sonra Cəfər Cəfərova 
demişdi ki, teatrda onun iradəli məsləkdaşları  və 
tərəfkeşləri meydana gəlmədi. Bu etiraf qəbul olunur. 
Amma yalnız qismən. Nədən ki, Mehdi teatrda köklü 
reformalar aparmaq işinə girişməmişdi,  Ədilin 
aktyorlarını öz aktyorlarına çevirməyə cəhd eləmişdi, 
öz truppasını formalaşdırmamışdı, kollektivi yeni 
ideyalarla “xəstələndirməmişdi” və  əfsuslar ki, daha 
çox müəllim, mentor, sənət tərbiyəçisi mövqeyini 
tutmağa çalışmışdı,  Ədilin repertuar siyasətinin, 
faktiki surətdə, davamçısı olmuşdu. 
     Əlbəttə ki, baş rejissor üçün bütün bunlar bəs 
eləmirdi. Teatr Mehdidən sənət xarüqələri gözlədiyi 
halda kollektivə adi, gündəlik iş  təklif edirdilər. 
“Əliqulu evlənir”, “Kəndçi qızı” xalq tamaşasına 
çevrilsələr də, “Vaqif” və “Otello”nun şöhrəti ilə 
müqayisəyə  gəlmirdilər. Teatrın kollektivi də bunu 
görürdü, başa düşürdü, Mehdidən narazı qalırdı; 
anlamırdı ki, Ədil  İskəndərov kimi bir titan niyə 
teatrdan uzaqlaşdırıldı. Ona görə kollektivin müəyyən fərdləri 

______________Milli Kitabxana_______________ 
246 
Mehdiyə qarşı açıq oppoziyada dayanırdılar, ona etibarsızlıq 
göstərirdilər. Bəziləri Mehdi adlı xalq artistini bir rejissor kimi, 
ümumiyyətlə, bəyənmirdilər və ona hörmət bəsləmirdilər. 
Kimlərsə onunla həvəslə  işə başlayıb tez yorulurdular, baş 
rejissorun tələblərinə, estetik zövqünə cavab verəcək səviyyədə 
olmurdular. Bəzilərisə Mehdidən aşkar ehtiyatlanırdılar, onunla 
dil tapa bilmirdilər. Mehdinin aşırı ciddiyyəti, tələbkarlığı, 
komandorluğu bu adamları bezdirirdi və onlar Mehdiyə qarşı 
olan simpatiyalarını itirirdilər. Və ancaq simpatiyalarını... 
Mehdiyə, doğrusu, onun bilgilərinə  bəslənilən hörmət isə heç 
vaxt zəifləmirdi, azalmırdı, tükənmirdi. Bu da, böyük mənada, 
saf, təmiz, işıqlı  sənət professoruna bəslənilən hörmətdən 
savayı bir şey deyildi. 
     Bir  məsələyə  də barmaqarası yanaşmaq olmaz. Mehdi 
Opera və Balet Teatrında çalışdığı müddətdə onun daha gənc 
kolleqası Tofiq Kazımov Milli Teatrda, demək olar ki, lider 
mövqelərə yiyələnmişdi. Teatrın cavan aktyorları ona, onun 
teatr ideyasına hədsiz inanırdılar və Tofiqin ətrafında 
birləşməyə praktiki şəkildə hazır idilər. Mehdi Milli Teatra baş 
rejissor təyin ediləndə teatrın kollektivi artıq Tofiqi sevməyə, 
onu dinləməyə başlamışdı. Tofiq insanlarla tez və dostyana 
kontakt yaradırdı, ünsiyyətdə distansiya saxlamırdı, qılığa 
girməyi bacarırdı, mentorluğu, professorluğu özünə yaxın 
buraxmırdı. Belə olan surətdə teatrın kollektivi Tofiq 
Kazımova tərəf daha çox meyllənirdi. Təbii ki, bu fakt 
Mehdinin nəzərindən yayınmırdı, rahatlığını pozurdu və ona 
psixoloji təzyiq göstərirdi. Biz gərək xislətində çuğulluq olan 
müəyyən intriqaçı insanların fəaliyyətini də unutmayaq. 
Əlbəttə ki, bu cür şəraitdə baş rejissor qalıb işləmək olardı, 
amma teatrın tamaşalarına uğur qazandırmaq yox. Və 
qəribədir, mənə artıq indi elə gəlir ki, Mehdi bunların hamısını 
bilirdi, Mehdi bunların hamısını ölçüb-biçmişdi və elə ona görə 
də Milli Teatrın baş rejissoru vəzifəsindən getdi... üç il 
Azərbaycanın birinci teatrında birinci oldu və getdi... bu üç 

______________Milli Kitabxana_______________ 
247 
ildən dərs götürüb, təcrübə baxımından maksimal yararlanıb 
getdi... 
     ... Getdi ki, bir də qayıtsın...  
     ... Qayıtdı ki, qələbə çalsın...  
     ... Qələbə çaldı ki, teatr kollektivinin bir zamanlar ona qarşı 
düzgün mövqe tutmadığını sübut eləsin. 
     İndisə fasilə... 
     Mehdi düz 6 il 7 gün premyerasız yaşayacaq. O buna necə 
dözüb: bir Allahı bilib, bir də özü.  
?


sacchari-0-1m-m--kofeina.html

sachelarie--georgeta-geta.html

sachlicher-teilplan-wind-2.html

sachregister---gesamt.html

sachsen-saxony---data.html