1 ... 58 59 60 61 62 63 64 65 ... 78

«Sad» surəsi (38) 27 -42 -ci ayətlər - «f a t I h ə» s u r ə s I (1)

səhifə62/78
tarix21.10.2017
ölçüsü2.11 Mb.

«Sad» surəsi (38) 27 -42 -ci ayətlər

(27).Biz səmanı və ərzi və onlar arasında olanları batil xəlq etmədik. O kəslər ki, kafirdirlər, belə zənn edirlər. Vay olsun o kəslər üçün ki, kafirdirlər, oddan! (28).Yoxsa edərik Biz o kəsləri ki, inanırlar və əməlləri islahatdır, oxşar o kəslərlə ki, ərzdə fəsad edirlər? Yoxsa müttəqiləri azğınlarla bərabər edərik? (29).Mübarək kitab ki, nazil etdik onu sənin üzərinə, ondan ötrü ki, onun ayətlərini düşünsünlər və zikr etsinlər əql və düşüncə sahibləri! (30).Bəxş etdik Davuda Süleymanı. Nemətli bəndə! Həqiqətən, o, qayıdan idi! (31).Onda əsl yüngül dayananları ona təqdim etdilər. (32).Dedi: «Həqiqətən, mən sevdim xeyirli sevgi ilə Rəbbimin zikrindən artıq. Ta o, pərdə dalında gizlənincə. (33).Qaytarın onları mənim yanıma!» Onların ayaqlarını və boynunu tumarlamağa başladı. (34).Əlbəttə, sınadıq Biz Süleymanı və taxtının üzərinə cəsəd yerləşdirdik. Sonra o qayıtdı. (35).Dedi: «Rəbbim, bağışla məni və bəxş et mənə hakimiyyət, hansı ki, məndən sonra heç kəsə yetişməyə. Həqiqətən, Sən Vəhhabsan!» (36).Ram etdik Biz ona küləyi, hansı ki, yüngülcə onun əmri ilə əsir o, hara istəsə - (37) şeytanları və külli bənnaları və qəvvasları (38) zəncirlə birləşmiş başqalarını. (39).Bu, Bizim hədiyyəmizdir; kimə istəsən əta et, ya saxla hesabsız! (40).Həqiqətən, onun üçün Bizim yanımızda yaxınlıq və yaxşı mənzil var! (41).Bəndəmiz Əyyubu zikr et! Onda nida etdi Rəbbini: «Mənə şeytan toxunmuşdur işgəncə və əzabla!» - (42).«Ayağınla vur! Budur, yuyun soyuq su ilə və iç».


«Sad» surəsi (38) 43 –61 -ci ayətlər

(43).Bəxş etdik ona öz əhlini və mislini onların onlarla birlikdə Öz tərəfimizdən rəhmət olaraq və ağıl sahibləri üçün zikr idi: (44).«Götür əlinlə bir dəstə və vur onunla və günah etmə!» Biz onu səbirli tapdıq. Nemətli bəndə! Həqiqətən, o, qayıdan idi. (45).Zikr et bəndələrimiz İbrahimi və İshaqı və Yəqubu, istiqamət və bəsirət sahibi idilər. (46).Həqiqətən, Biz təmizlədik onları təmizliklə – ev haqqında zikrlə. (47).Onlar Bizim yanımızda seçilmişlərdən, xeyirlilərdəndirlər. (48).Zikr et İsmaili və Əlyəsəi və Zul-Kifli. Onların küllisi xeyirlilərdəndir. (49).Bu, zikrdir və qorxanlar üçün yaxşı mənzil var – (50) Ədn cənnətləri onlar üçün açıq qapılarla; (51) mütəkkələrə söykənərlər orada, çoxlu meyvələr və şərab istəyərlər. (52).Yanlarında onların gözəl baxışlı yaşıdlar var. (53).Budur sizə vəd olunan hesab günü üçün! (54).Həqiqətən, bu, Bizim ruzimizdir, əskilməkdən qorxusu yoxdur. (55).Budur! Həqiqətən, tüğyan edənlər üçün şər mənzil var - (56) cəhənnəm, onlar onda yanarlar və pis yerdir! (57).Budur! Qoy onlar dadsınlar qaynar suyu və irini, (58) başqasını onun cüt şəklində. (59).Bu, dəstədir – ötüşürlər sizinlə: «Yoxdur mərhaba onlar ilə, həqiqətən, onlar vasil olacaqlar oda!» (60).Dedilər: «Bəli, sizsiniz…! Yoxdur mərhaba sizin ilə. Siz bizim üçün bunu hazırladınız və pis qərargahdır!» (61).Dedilər: «Rəbbimiz, kim bizim üçün bunu hazırladı, oddan onun üçün əzabı ikiqat artır!»

«Sad» surəsi (38) 62 -83 -cü ayətlər

(62).Dedilər: «Bizə nə olub, o kişilərdən ki, onları şərlərdən hesab edirdik, burada görmürük – (63) onları ki, biz məsxərəyə tuturduq. Yoxsa gözlərimiz onlara sataşmır?» (64).Həqiqətən, bu haqq xosunlaşmadır od əhli arasında. (65).De: «Həqiqətən, mən ancaq nəzərə çatdıranam. Vahid, Qahir Allahdan başqa İlahi yoxdur. (66).Səmaların və ərzin və onların arasındakının Rəbbidir – Əzizdir, Ğəfurdur!» (67).De: «O, xəbərdir əzəmətli. (68).Siz Ondan üz çevirirsiniz. (69).Mənim yuxarı aləmdən elmim olmadı – onda onlar xosunlaşırlar. (70).Vəhy olunur mənə, ancaq mən aşkar nəzərə çatdıranam». (71).Onda ki, dedi Rəbbin mələklərə: «Həqiqətən, Mən gildən bəşər xəlq edəcəyəm. (72).Onda ki, Mən onu qurtardım və Öz ruhumdan ona üfürdüm, onda yıxılaraq səcdə edin onun üçün!» (73).Səcdə etdilər mələklər küllisi onların cəmiyyən, (74) ancaq İblisdən başqa. O təkəbbürlük etdi və kafirlərdən oldu. (75).Dedi: «Ay İblis! Nə mane oldu sənə ki, Mənim əllərimlə xəlq etdiyimə səcdə etmədin? Təkəbbürlü, ya ucalardan oldun?» (76).Dedi: «Mən ondan xeyirliyəm. Məni oddan xəlq etdin, onu isə gildən xəlq etdin». (77).Dedi: «Xaric ol oradan. Həqiqətən, sən, müraciət etmişlərdənsən. (78).Sənin üzərində din gününə qədər lənətim var». (79).Dedi: «Rəbbim, nəzərə al məni dirilib qalxma gününə qədər!» (80).Dedi: «Həqiqətən, sən nəzərə alınanlardansan (81) məlum vaxtın gününə qədər!» (82).Dedi: «Sənin izzətinə and olsun, mən onları cəmiyyən ağvay edəcəm, (83) ancaq Sənin bəndələrindən məxlus olanlardan başqa!»

«Sad» surəsi (38) 84 -88 -ci ayətlər

(84).Dedi: «Haqdır və Mən də haqq söz deyirəm: (85) Mən cəhənnəmi dolduracağam cəmiyyən səninlə və o kəslərlə ki, sənə tabe oldular!» (86).De: «Mən sizdən bunun üçün əcr istəmirəm və mən təklif edənlərdən də deyiləm». (87).Bu, ancaq zikrdir aləmlər üçün (88) və biləcəksiniz xəbərini onun müəyyən vaxtdan sonra!

«Zümrələr» surəsi (39)

(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin!

Nazil edildi kitab Allahdan – Əzizdən, Həkimdən! (2).Biz nazil etdik kitabı sənə haqq ilə və ibadət et Allaha dinini məxlus Onun üçün edərək. (3). Ə, məgər yoxmu? Xalis din Allah üçündür. Və o kəslər ki, Ondan başqasını dost götürürlər: «Biz ibadət edirik onlara ancaq ondan ötrü ki, onlar yaxınlaşdırsınlar bizi Allahın tərəfinə yaxınlıqla». Həqiqətən, Allah hökm edəcək onların arasında, nədə ki, ixtilaf etdilər! Həqiqətən, Allah hidayət etməz kim ki, yalançı və kafirdir. (4).Əgər Allah iradə etsəydi ki, Özünə övlad götürsün, seçərdi nədən xəlq edib, nə ki, istəyir. Sübhandır O! O Allah - Vahiddir, Qahirdir! (5).Xəlq etdi səmaları və ərzi haqq ilə. Dolandırır gecəni gündüzün üzərində və dolandırır gündüzü gecənin üzərində və ram etdi şəmsi və qəməri və küllisi caridir toxunan əcəl üçün. O Əzizdir, Ğəfurdur!

«Zümrələr» surəsi (39) 6 -10 -cu ayətlər

(6).Xəlq etdi sizi vahid nəfsdən, sonra etdi ondan zövcünü onun və nazil etdi sizin üçün davarlardan səkkiz cüt. Sizi analarınızın bətnində üç qaranlıq arasında yaranış yaranışın ardınca xəlq etdi. Bu, qüdrət sahibi Allah – sizin Rəbbinizdir. Onun üçündür mülk. Ondan başqa İlahi yoxdur. Nə qədər israfkarsınız? (7).Əgər kafir olsanız, həqiqətən, Allah qənidir sizdən. O razı deyil bəndələrinin küfrünə. Əgər şükr etsəniz, ona razı olar sizin üçün. Yoxdur vəzirlik vəzirliknən vəzir axıra və sonra Rəbbinizin tərəfinə müraciət edəcəksiniz və xəbər verəcək sizə nə ilə ki, oldunuz əməllilər. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin! (8).Onda ki, insana zərər toxunur, çağırır Rəbbini Ona tərəf dönərək. Sonra onda ki, Öz tərəfindən ona nemət verdi və o, unudar bundan qabaq Onu çağırmağı və edər Allah üçün tay, Onun yolundan zəlalətə salmaq üçün. De: «Mətahlan küfrünlə az. Həqiqətən, sən əshabındansan odun!» (9).Ə, kim ki, mütidir gecə anında səcdə və ayaq üstündə və axirətdən həzər edir və ümid edir rəhmətinə öz Rəbbinin...? De: «Bərabərdirmi o kəslər ki, bilirlər və o kəslər ki, bilmirlər?» Həqiqətən, ağıl sahibləri zikr edərlər! (10).De: «Ay Mənim bəndələrim - o kəslər ki, inandılar, qorxun Rəbbinizdən! O kəslər üçün ki, yaxşılıq etdilər bu dünyada, yaxşılıq var. Allahın ərzi genişdir. Həqiqətən, səbr edənlərə mükafatları bütünlüklə hesabsız veriləcəkdir!»


«Zümrələr» surəsi (39) 11 -21 -ci ayətlər

(11).De: «Mənə əmr olunub ki, ibadət edim Allaha, dinimi Onun üçün məxlus edərək (12) və mənə əmr olunub ki, təslim olanların əvvəlincisi olam!» (13).De: «Mən xoflanıram asi olsam Rəbbimə, əzəmətli günün əzabından». (14).De: «Allaha ibadət edirəm dinimi Onun üçün məxlus edərək. (15).İbadət edin, nəyə istəyirsiniz Ondan başqa!» De: «Həqiqətən, xəsarətdədirlər o kəslər ki, onlar öz nəfslərinə və ailələrinə qiyamət günündə xəsarət yetirdilər. Ə, məgər yoxmu? Budur aşkar xəsarət!» (16).Onlar üçün fövqlərindən və altlarından oddan pərdə vardır. Belə xoflandırır Allah onunla öz bəndələrini: ay bəndələrim qorxun Məndən! (17).O kəslər ki, ayrıldılar Tağutdan ki, ona ibadət etməsinlər və qayıtdılar Allaha tərəf, onlar üçün bəşarət var. Bəşarət ver bəndələrimə – (18) o kəslər ki, qulaq asırlar sözə və itaət edirlər onun yaxşısına! Həmin onlar o kəslərdir ki, hidayət edib onları Allah və həmin onlar ağıl sahibidirlər! (19).Ə, o kəs ki, haqq oldu üzərində onun əzab kəlməsi…? Ə, sən o kəsləri ki, oddadır, xilas edə bilərsən? (20).Lakin o kəslər ki, qorxdular Rəblərindən, onlar üçün bir-birinin üstündən otaqları olan binalar var, cari olur altından onun nəhrlər, vədinə görə Allahın. Allah vədinə xilaf etməz! (21).Ə, görmürsənmi, Allah nazil edir səmadan su və onu ərzdə olan bulaqlara axıdır? Sonra onunla müxtəlif əlvan güllər xaric edir. Sonra xəzan fəsli yetişir və görürsən ki, saralıb solurlar. Sonra onlar quru ot və ələf olurlar. Həqiqətən, bunda ağıl sahibləri üçün zikr var!



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


tekst-2---shestdesyat-2.html

tekst-20---shestdesyat-2.html

tekst-21---deyak.html

tekst-22---devyataya.html

tekst-22-viedos-nicos.html