1 ... 36 37 38 39 40 41 42 43 ... 93

Səmayə MƏMMƏD qızı mustafayeva - səhifə 40

səhifə40/93
tarix16.11.2017
ölçüsü5.49 Kb.
növüDərs

 
157
sosializmi qəbrə qoymaqdır. O, yeganə prezident idi ki, 
Rusiyanı yaxşı tanıyırdı. Onun Maykopda çoxlu neft mədənləri 
vardı. Lakin sovet Rusiyası onu bunlardan məhrum etmişdi. 20-
ci illərdə o, humanitar yardım gətirmək bəhanəsi ilə  dəfələrlə 
Sovet Rusiyasında olmuşdu. O, SSRİ-yə qarşı düşmən ruhda 
idi. Ona görə  də, Huver 1932-ci ildə Lozanna konfransında 
Almaniyanın təzminatdan birbaşa yaxa qurtarmasına nail 
olmaqla  əslində ona Sovet Rusiyasına qarşı müharibəyə 
hazırlaşmaq üçün imkan yaratmaq məqsədini güdürdü. 1932-ci 
ilin dekabrında Cenevrədə keçirilən təksilaha dair konfransda 
ABŞ Almaniyanın silahlanmasına razılıq verdi.  1931-ci ildə 
Yaponiya Mancuriyanı  işğal etdikdə  və orada oyuncaq Man-
Çjo-Qo dövləti yaratdıqda ABŞ bu məsələni sakitliklə qarşıladı 
və  hətta Yaponiyaya neft və neft avadanlığı satmağını da 
davam etdirdi. Bundan məqsəd onu da SSRİ-ə qarşı yönəltmək 
idi. Lakin Yaponiya SSRİ-ni ehtiyatda saxlayaraq cənuba üz 
tutdu. Çünki ABŞ-Yaponiya ziddiyyətləri daha dərin idi və 
tezliklə ABŞ bunu başa düşdü. Ona görə də ABŞ hökuməti açıq 
şəkildə bildirdi ki, Çində Yaponiyanın heç bir işğalını tanımır. 
1932-ci il yanvarın 7-də  qəbul edilən “Stimson doktrinası” 
Yaponiyanın mövqeyini zəiflətməyə yönəldilmişdi.  
Bu dövrdə Latın Amerikasına qarşı "böyük dəyənək" 
siyasəti yenidən fəallaşdı. ABŞ çalışırdı ki, İngiltərənin Latın 
Amerikası ölkələrinə kapital ixracı azalsın. ABŞ-Latın 
Amerikası ölkələrini bir-biri ilə toqquşdurmağa çalışaraq bu 
regionda hökmranlığı  ələ almağa cəhd edirdi. Huverin 
hakimiyyəti dövründə Boliviya ilə Paraqvay, Kolumbiya ilə 
Peru arasında müharibə baş verdi. 
1929-1933-cü illər dünya iqtisadi böhranı ABŞ-ın 
hakim dairələri qarşısında sosial-iqtisadi, siyasi və ideoloji 
problemləri həll etmək zərurətini qoydu. "Sərt fərdiyyətçilik" 
ideologiyasına yenidən "nəzər" salmağın vacibliyini vəziyyət 
 
158
özü tələb edirdi. Eyni zamanda lazım gəlirdi ki, dövlət iqtisadi 
və sosial münasibətlərə fəal müdaxilə etsin. 
 

Franklin Ruzveltin "Yeni xətt"i 


İqtisadi sahədə həyata keçirilən islahatlar 


1932-ci ilin noyabrında, prezident seçkilərində respubli-
kaçılar yenidən Huverin namizədliyini irəli sürmələrinə baxma-
yaraq, o, müvəffəqiyyət qazanmadı. Demokratlar partiyası seç-
kilərdə qalib gəldi. Onun lideri Franklin Ruzvelt 22810 min səs 
toplayaraq prezident seçildi. Amerika mətbuatı bunu "güclü-
lərin qələbəsi" kimi qiymətləndirdi. F.Ruzvelt 1882-ci ildə varlı 
bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor 
Ruzveltlə  əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard 
universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq 
fakültəsini bitirmişdi. 1913-1920-ci illərdə o, Hərbi Dəniz 
Nazirinin köməkçisi vəzifəsində  işləmişdi. 1921-ci ildə 
polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları 
iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının 
mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən 
məşğul olmasına imkan yaratdı. 1928-1930-cu illərdə o, Nyu-
York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-ın 32-ci 
prezidenti oldu. Ruzvelt hakimiyyətə  gələnə kimi prezident 
seçilmiş şəxs ancaq bir ildən sonra prezident kürsüsünə əyləşə 
bilərdi. Ruzvelt konstitusiyaya edilmiş 20-ci əlavə ilə bunu 
təxirə saldı. Bu əlavəyə görə prezident seçilmiş adam növbəti 
ilin yanvar ayının 20-də prezident kürsüsünə  əyləşə bilərdi. 
Ruzvelt 1933-cü ilin mart ayının 4-də prezident kimi fəaliyyətə 
başladı. Həmin gün ABŞ konqresi də  fəaliyyətə başladı  və 73 
gün davam etdi ki, bu ABŞ tarixində «uzunmüddətli konqres» 
kimi qaldı.  
Ruzvelt hakimiyyətdə olduğu ilk 100 gün ərzində 70-
dən çox qanun qəbul etdi. Bu Ruzveltin "Yeni xətti" adlan-

 
159
dırıldı  və prezidentin "100 günü" ifadəsi də buradan yarandı. 
"Yeni xətt"in ideya müəllifi ingilis iqtisadçısı Con Keyns Mey-
nard idi. Lakin bu ifadə Ruzveltin 1932-ci il iyulun 2-də 
demokratlar partiyasının iclasında onun namizədliyi irəli sü-
rülərkən etdiyi məruzəsindən götürülmüşdü. 
Ruzvelt konsepsiyası Huver konsepsiyasından böhran-
dan çıxmağın həllinə münasibətdə  aşağıdakı  cəhətlərlə  fərq-
lənirdi. Birincisi, "Yeni xətt"in  yaradıcısı bunu beynəlxalq sə-
bəblərlə yox, ölkə daxilindəki sosial-iqtisadi səbəblərə bağlayır 
və vacib hesab edirdi ki, ABŞ-ın sosial-iqtisadi institut 
strukturunda bəzi islahatlar keçirilməlidir. İkincisi, o, bu vaxta 
qədər ABŞ-da hökm sürən "fərdiyyətçilik" prinsiplərindən daha 
cəsarətlə yan keçərək federal hökumətin funksiyalarını geniş-
ləndirmək prinsipinə üz tuturdu. Üçüncüsü, əgər Huver kütləvi 
etirazlara qarşı qulağını bağlayırdısa, F.Ruzvelt Amerika 
xalqının əhval-ruhiyyəsini nəzərə almağı vacib bilirdi. 
Ruzvelt bildirdi ki, bizim qorxmalı olduğumuz bir şey 
varsa, o da qorxunun özüdür. Ruzvelt prezident seçildiyi ilk 
dövrdə ölkədəki vəziyyəti, beynəlxalq şəraiti və Amerika xalqı-
nın  əhval-ruhiyyəsini diqqətlə öyrəndi. Huverdən fərqli olaraq 
o, aşağı kütlələri öz tərəfinə  cəlb etməyi lazım bildi. O, gös-
tərirdi ki, ABŞ-da «unudulmuş» adamlar üçün yaxşı  şərait 
təmin edilməlidir. O, həmçinin Huverdən fərqli olaraq "milli 
birlik" yaratmaq məsələsini ön plana çəkdi. O, ölkənin "qızıl 
fondu" olan elm adamlarından ibarət «beyinlər tresti» 
yaratmağı lazım bilirdi. Ruzvelt filosofları, iqtisadçıları, 
tarixçiləri bu işə  cəlb etdi. Bundan sonra islahatlar keçirməyə 
başladı.  İslahatlarda 2 cəhət özünü göstərirdi. Bunlardan biri 
dərin maliyyə sistemi yaratmaq, ikincisi isə «unudulmuş» 
adamları razı salmaq. "Yeni xətt" adlanan bu siyasətin 
mahiyyəti dövlətin iqtisadiyyata fəal müdaxiləsini təmin etmək 
idi. Qeyd etmək lazımdır ki, bu fikri ondan qabaq elektrik 
inhisarının prezidenti Svoys irəli sürmüşdü. O, göstərirdi ki, 
 
160
belə  çətin dövrdə dövlət mütləq iqtisadiyyata müdaxilə 
etməlidir.  
İslahatlara Ruzvelt banklardan başladı. Bankların böh-
ranı Ruzveltin qətiyyətli olduğunu və novatorçuluq 
qabiliyyətini dərhal aşkara çıxartdı. Ruzvelt göstəriş verdi ki, 
martın 9-da ölkədəki bütün banklar fəaliyyətini dayandırsın. 
Məqsəd hökumətin banklar sisteminə  nəzarətini təmin etmək 
idi. Martın 13-dən  əvvəl ölkənin 12 şəhərində, sonra 250 
şəhərində sağlamlaşdırılmış banklar fəaliyyətə başladı. 
Böhrandan  əvvəl ölkədə 20 mindən artıq bank var idisə, indi 
onların sayı 5200 idi. Ruzvelt göstərirdi ki, bankın depozit, 
investisiya funksiyası olmalıdır. O, göstərirdi ki, 45 milyard 
dollara qədər banka vəsait qoyula bilər.  İkinci tədbir dolların 
qızıl standartının qadağan edilməsi idi. Kağız pul qızıl pulla 
dəyişdirilə bilməzdi. Qızılın alınıb-satılması qadağan edilirdi. 
Qızıl dövlət fondunda saxlanılmağa başladı. Merkantilizm 
siyasətinə uyğun olaraq ixrac artdı, idxal azaldı. Vətən sənayesi 
məhsullarının xaricə aparılması ölkəyə valyuta gətirilməsini 
təmin etdi.  
Ruzvelt sənayeni nizama salmaq üçün 1933-cü ilin iyun 
ayında Consonun başçılığı altında Sənayenin Milli İnzibati 
İdarəsi adlı orqan yaratdı. Həmin milli idarənin qarşısına 
qoyulan başlıca məqsəd məhsulun həcmini, xammal 
mənbələrini və satış bazarlarını düzgün müəyyənləşdirmək idi. 
Bunun üçün sənaye sahələri 17 qrupa bölündü. «Vicdanlı 
rəqabət» adlı ticarət qaydaları işlənib hazırlandı. Bu qaydalara 
557 əsas, 189 əlavə maddə salındı. Nəzərdə tutulurdu ki, dövlət 
tərəfindən müəyyən edilmiş  həmin komissiyanın hazırladığı 
kodeks üzrə  sənaye planlı  şəkildə inkişaf etdirilsin. Həmin 
hadisədən sonra Ruzvelti "sosializm qurmaqda" 
təqsirləndirdilər. 7
a
  bəndinə  əsasən həmkarlar ittifaqına hüquq 
verilirdi ki, fəhlə sinfinin əmək və  məişət  şəraitinin 
yaxşılaşdırılmasında başlıca rol oynasın.  

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


sajt-voennaya-literatura-11.html

sajt-voennaya-literatura-16.html

sajt-voennaya-literatura-20.html

sajt-voennaya-literatura-25.html

sajt-voennaya-literatura-3.html