1 ... 12 13 14 15 16 17 18 19 ... 31

Sona xəyal - səhifə 16

səhifə16/31
tarix08.07.2018
ölçüsü0.6 Mb.

Yaddaşlarda yaşayacaq 

47 


nev, Maksim Qorki, Lev Tolstoy, A.Çexov, F.Dosteyevski 

kimi yazıçıların yaradıcılığından bəhs edən  ədibin  ədəbiy-

yatşünaslıq fəaliyyətini təhil etməyə çalışmış və məqsədinə 

nail olmuşdur. Bu bölümdə M.İbrahimobanın və filologiya 

elmləri namizədi Şəlalə Abdullayevanın da məqalələrindən 

istifadə edilmişdir.  

Əsərin üçüncü fəsli “Adekvat tərcümə problemi” adla-

nır. Üç bölümdə verilən bu fəsildə müəllif “XX əsrin 20-

30-cu illərində Azərbaycan bədii tərcümə sənətinə” öz ba-

carığı müqabilində nəzər yetirmiş, problemlərdən, mübahi-

sələrdən və mülahizələrdən bəhs açmış, bəzi əsərlərdən isti-

fadə edərək fikirlərini  əsaslandırmış, “Y.V.Çəmənzəminli-

nin rus ədəbiyyatından tərcümələri” üzərində dayanaraq, si-

tatlar vermiş, təhlillər aparmış, eyni zamanda “Y.V.Çəmən-

zəminli irsinin rus dilinə  tərcüməsi məsələləri”ndən bəhs 

edərək, öz fikirlərini bildirmişdir.  

Kitaba son söz əvəzi, nəticə və zəngin ədəbiyyat siyahısı 

daxil edilmişdir. Əsər istər çəmənzəminlişünaslar üçün, is-

tərsə də filoloq olmaq istəyən tələbələr üçün dəyərli vəsait-

dir. Kitabı oxuduqca hiss edirsən ki, müəllif ədəbiyyata elə-

belə alim olmaq xətrinə gəlməyib. Burada ədibə böyük sev-

gi, onun yaradıcılığına xüsusi rəğbət də hiss olunur. Müəllif 

gənc olmasına baxmayaraq, həqiqətən, ciddi tədqiqat apar-

mış, özünəməxsus tərzdə ortaya gözəl, dəyərli bir əsər qoy-

muşdur. Alim bacımıza daha böyük uğurlar arzulayırıq. 

   “Birlik press” qəzeti, 26.06.10. 

  

POEZİYANIN SİRRİ 

 

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında, ədəbi tənqid-

də özünəməxsus yeri olan Qurban Bayramov yüzlərlə mə-

qalənin və bir sıra kitabların müəllifidir.  

Pedoqoji institutu müvəffəqiyyətlə bitirib, müəllim, dərs 

hissə müdürü kimi fəaliyyət göstərən Qurban Bayramovu, 

elmə həvəs Nizami adına Ədəbiyyat İnstitutunnun aspiran-

Sona Xəyal 

48 


turasına çəkib gətirmiş, sonralar institutda işə düzəlmişdir. 

1972-ci ildən institutda baş laborant, kiçik elmi işçi, elmi 

işçi, böyük elmi işçi vəzifələrini mərhələ-mərhələ keçən 

tənqidçi 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik 

qəhrəman problemi” mövzusunda namizədlik dissertasiyası 

müdafiə etmişdir. Hal-hazırda institutda aparıcı elmi işçi 

vəzifəsində çalışır.  

Qurban Bayramov məhsuldar tənqidçidir. Tez-tez müx-

təlif qəzet və jurnallarda, o cümlədən “Ədəbiyyat qəzetin-

də”, “Kredo”da onun müxtəlif qələm sahibləri haqqında ya-

zılarına rast gəlirik.  

Qurban Bayramov bir insan kimi də olduqca səmimi, hər 

şeyi etiraf ertməyi bacaran adamdır. Böyüklə böyük, kiçik-

lə kiçik olmağı bacardığı üçün ətraf mühitin hörmətini qa-

zanmışdır. Onun qələm dostlarına xüsusi hörmət və rəğbəti 

həm yazılarında, həm də söhbətlərində hiss olunur. Ədəbiy-

yat adamında səmimiyyət dəyərli cəhətdir... 

Bu yaxınlarda şair dostumuz İskəndər Etibar mənə Qur-

ban Bayramovun bir kitabını verdi. Kitab “Poeziyanın sir-

ri:Çaylar geri axmır, dənizə can atır və yaxud qəlbini nar 

təkin kağıza sıxan  şair  Şahməmmədin poeportreti” adlanır 

və burada Şahməmmədin keçən il “MBM” nəşriyyatında 

çap olunmuş beşcildliyindən söhbət açılır.  Şahməmmədin 

beşcildliyini elə bu yaxınlarda oxumuşdum və onun təbiətə 

həsr olunmuş  şeirləri məni daha çox tutmuşdu. Xüsusən 

“dağ” obrazı diqqətimi cəlb etdiyindən elə onun yaradıcılı-

ğından bəhs edən “Şahməmmədin dağ həsrəti” adlı məqalə-

mi də bütövlükdə bu obraza həsr etmişdim... 

Tənqidçi-alimin poeziyanın bir sıra problemlərini  şair 

Şahməmmədin yaradıcılığı  əsasında işləməsi onu göstərir 

ki, şairin yaradıcılığı hərtərəflidir, çoxcəhətlidir. Onun poe-

ziyasında mövzu rəngarənliyi, zəngin obrazlar aləmi, eyni 

zamanda şairin müxtəlif bədii təsvir və ifadə vasitələrindən 

istifadə etmək bacarığı diqqəti çəkir. Kitabın redaktoru filo-

logiya elmləri doktoru, professor Nizaməddin  Şəmsizadə, 

Yaddaşlarda yaşayacaq 

49 


əsərə rəy verən filologiya elmləri doktoru, professor Rəhim 

Əliyevdir. 

Sözünə dahi Füzulinin misraları ilə başlayan tənqidçi əv-

vəlcə söz haqqında dəyərli söz deyib sözə başlayır və pro-

fessor Yaşar Qarayevin bir fikrinə istinad edərək, Şahməm-

mədin “Yollar...” xatirə-romanına keçid alır və onun Füzu-

linin əsli-nəsli ilə bağlı fikirlərinə güzgü tutaraq, Şamaxının 

şairlər yurdu olduğunu qeyd edir və Füzulinin də, hardasa, 

buradakı Boyat kəndindən olması  təxmini ilə razılaşır və 

məhz belə bir torpağın oğlu olması ilə fəxarət duyan Şah-

məmmədin yaradıcılığına keçir.  

Tənqidçi əvvəlcə şairin çap olunmuş kitablarından danı-

şır. Hər kitabda onun diqqət çəkən şeirlərindən sitatlar verə-

rək fikirlərini  əyaniləşdirir. Bu zaman təkcə öz fikirləri ilə 

kifayətlənməyən müəllif  Şahməmmədin yaradıcılığından 

bəhs edən məqalələrə müraciət edir, onlardan sitatlar verir ki, 

bu da tədqiqat işinin sanbalını artırır. Biz burada Məstan 

Günərin, İlyas Tapdığın, Seyfəddin Rzasoy və Ramiz Əkbə-

rin, Zülfüqar Şahsevənlinin, Emil Tahiroğlunun məqalələ-

rindən şairin poeziyası ilə bağlı dəyərli fikirləri oxuyuruq.  

Şairin 45 illik yaradıcılıq yoluna ciddi nəzər salan tən-

qidçi hər bir cəhətə diqqət yetirməyə çalışmış, onunla bağlı 

hər bir maraqlı detalı oxuculara çatdırmağa səy göstərmiş-

dir. Belə ki, şairin poeziyasının səciyyəvi cəhətlərindən da-

nışan müəllif onun hər kitabını ayrıca təqdim etmiş, bəzən 

kitabdakı diqqəti çəkən  şeirlərin adlarını sadalamış, bəzən 

oradakı obrazlar aləmindən söz açmış, bəzən bir-iki bənd 

sitat vermiş, bəzən misralarla kifayətlənmişdir. Amma şeir-

lərdən danışarkən şairin xarakterini açmağa çalışmış, əsərin 

adında verildiyi kimi onun poeportretini yaratmağa səy 

göstərmiş  və buna nail olmuşdur:”Şahməmmədin “Bahar 

çiçəkləri” (1982) - şərikli, “Dünyamız ağ göyərçin” (1984, 

şərikli), “Dağlar, səndə  nəyim qaldı ”(1990), “Pyeslər” 

(1991,  şərikli), “Nastalo vremya” (1994), “Sevməsəydim, 

yaşamazdım” (1995), “Xatirələr ocağının işığında” (1997), 


:

her konu-2018
her konu-2018 -> Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi
her konu-2018 -> İsmayıl Qarayev a ş İ q L ə R
her konu-2018 -> Vaqif sultanli
her konu-2018 -> Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə
her konu-2018 -> Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"
her konu-2018 -> Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam
her konu-2018 -> Carl gustav jung


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


social-and-economic.html

social-capital-.html

social-evolution---slovar.html

social-impacts---samtskhe.html

social-intelligence.html