1 2 3 4 5 6 7 8 9 ... 31

Sona xəyal - səhifə 3

səhifə3/31
tarix08.07.2018
ölçüsü0.6 Mb.

Sona Xəyal 

R.Rza poeziyasının tənqiddə  dərin mənimsənilməsi heç 

də həmişə hamar və asan olmamışdır. Bu isə əgər bir tərəf-

dən R.Rza şeirinə xas yaradıcılıq axtarışlarının mürəkkəbli-

yi və ciddiliyi, şairin ənənələrə münasibətinin fərdi, yaradı-

cı xarakteri ilə, novatorluğun bu poeziyada milli poeziyanın 

gələcək inkişaf meylləri ilə bağlı idisə, digər tərəfdən bu, 

tənqidin metodoloji çətinliklərindən, bəzən novatorluğu eh-

kamçı meyarlarla ölçməsindən, sosialist realizminin məh-

dud, dar düşüncəsindən irəli gəlirdi.” 

Simuzər İsmayılova əsərin girişində Rəsul Rza yaradıcı-

lığından və görkəmli tənqidçilərin bu yaradıcılığa münasi-

bətindən söz açır. Burada şair haqqında müxtəlif illərdə 

nəşr olunmuş  həm azərbaycanca, həm də rusca kitabların 

adlarını diqqətə çatdıran müəlif bu əsərlərdə şairin poeziya-

sına müraciətdən və ona verilən qiymətdən bəhs edir.  

Monoqrafiyanın I fəsli “Müasirlik: poeziyada və tənqid-

də” adlanır və üç bölümdən ibarətdir. “Yenilik axtarışları” 

adlı bölümdə  tənqidçi Rəsul Rzanı H.Cavid, C.Cabbarlı, 

S.Vurğun, S.Rüstəm, M.Müşfiq, kimi şairlərlə bir sırada 

görür,  şairin yaradıcılığının hələ 30-cu illərdən üzü bəri 

tənqid obyekti olduğunu diqqətə çatdırır və Məmməd Ari-

fin bu poeziyaya verdiyi qiymətdən əhatəli söz açır. 

“Poeziyanın novatorluğu və tənqid” adlı bölümdə tənqi-

din Rəsul Rza yaradıcılığına münasibəti açıqlanır və burada 

ən çox haqsız tənqidlərə məruz qalan Rəsul Rzanı görürük. 

Amma o zaman da şairi müdafiə edən, onun novatorluğunu 

başa düşən, onu qiymətləndirən sənət dostları vardı.  Ən 

əsası isə Rəsul Rza geri çəkilən, hər sözdən tez sınan adam 

olmadığı üçün bu tənqidlərə sinə gərməyi bacarmışdır.  

Üçüncü bölüm “Poemanın tənqidi, tənqidin ehkamları” 

adlanır və burada söhbət şairin “Lenin” poemasindan gedir. 

Burada bir sıra tənqidçilərin fikirlərinə istinad edərək, öz fi-

kirlərini oxucuya çatdırmağa çalışan müəllif fikrini belə ye-

kunlaşdırır:”Poemanın tənqid tərəfindən R.Rzanın yaradıcı-

lıq axtarışlarının yekun hadisəsi kimi qiymətləndirilməsi 



Yaddaşlarda yaşayacaq 

xüsusi qeyd olunmalıdır. Tənqidin bəzi nümunələrində əsə-

rin janr və üslub özünəməxsusluğunun da aydınlaşdırılma-

sına təşəbbüs göstərilmişdir. Lakin bununla belə R.Rza 

poemasının bir çox yaradıcılıq problemlərinin ya tənqidin 

diqqətindən kənarda qaldığı, ya da lazımi dərinlik və tu-

tumluluqla işlənilmədiyi də qeyd olunmalıdır.” 

Monoqrafiyanın II fəsli “Tənqid və poeziyanın yeni mər-

hələləri” adlanır və üç hissədən ibarətdir. “Yeni mərhələ, 

yeni təhlil” bölümündə artıq şairin 50-ci illərin ortalarından 

üzü bəri yaradıcılıq nümunələrinin yeni mərhələnin məhsu-

lu kimi tənqidin diqqətini cəlb etməsinin şahidi oluruq. Xü-

susilə də 60-cı illərdən daha da bariz şəkil alan bu mərhə-

lədə yeni br Rəsul Rza var. “Lirik qəhrəman və ədəbi tən-

qid” bölümündə Rəsul Rza yaradıcılığının təkcə forması ilə 

deyil, yaradıcılığında  əsas götürdüyü ədəbi-estetik prin-

siplər ilə də yeni, novator poeziya kimi diqqəti cəlb etdiyi 

xüsusi vurğulanır və  Rəsul Rza şeirinin lirik qəhrəmanı 

hərtərəfli tədqiqata cəlb olunur, onun xarakterik xüsusiy-

yətlərində qabarıq cəhətlər ön plana çəkilir. Bütün bunları 

əhatəli şəkildə araşdıran Simuzər İsmayılova yazır: “R.Rza-

nın 60-cı illər lirikası haqqında tənqidin təhlilindən belə nə-

ticəyə  gəlmək mümkündür: bu lirikanın fəlsəfiliyi, insani 

gözəlliyi və səmimiyyəti hər şeydən əvvəl, onun ifadə etdi-

yi, bu lirikanın məğzini təşkil edən insan konsepsiyasıdır. 

Bu konsepsiya isə təsdiq edir ki, insan sosial cəhətdən fəal 

və güclüdür, insanın hissi və fikri imkanları tükənməzdir...” 

“Tənqidin “Rənglər” silsiləsinə münasibəti” adlı bölüm-

də elə adından göründüyü kimi tənqidin  şairin məşhur 

“Rənglər”inə olan münasibətidir. Buna ayrıca bölmə ayrıl-

ması da çox təbiidir. Çünki şairin 60-cı illərdə yaranan 

əsərləri içərisində ən çox diqqəti cəlb edən bu silsilədir və 

ən çox anlaşılmayan, tənqid olunan da elə bu şeirlər olmuş-

dur. S.İsmayılova bütöv bir bölümdə həm bu silsilə haqqın-

da, həm də tənqidin bu silsiləyə münasibəti haqqında əhatə-

li araşdırma aparmış  və bu silsiləni bəyənən tərəflərə  də 



Sona Xəyal 

10 


xeyli yer ayırmışdır.  

Kitabın sonunda verilən ədəbiyyat siyahısından da görü-

nür ki, tədqiqatçı-alim Simuzər İsmayılova bu monoqrafiya 

üzərində böyük səylə işləmiş və ortaya dəyərli bir tədqiqat 

əsəri qoymuşdur.    “Paklıq” qəzeti,  dekabr, 2011 

 

“AŞIQ ŞƏMŞİRİN POETİK 

ALƏMİNƏ SƏYAHƏT” 

 

Son illər Azərbaycan aşıq sənəti dünya miqyasında təb-

liğ olunmağa başlamış, bu sahədə xeyli işlər görülmüşdür. 

Heydər  Əliyev fondunun dəstəyi ilə  aşıq sənətimizin də 

muğam sənətimiz kimi dünyaya tanıdılması, Azərbaycan 

Aşıqlar birliyinin təşkil etdiyi tədbirlər, telekanalların za-

man ayırdığı verilişlər, eyni zamanda alimlərin, tədqiqatçı-

ların nəşr etdirdiyi kitablar öz bəhrəsini artıq verməkdədir.  

Aşıq sənətimizlə bağlı oxuculara təqdim olunan maraqlı 

kitablardan biri də filologiya elmləri doktoru, professor 

Sədnik Paşa Pirsultanlının “Təknur” nəşriyyatında çap 

olunmuş “Aşıq Şəmşirin poetik aləminə səyahət” kitabıdır. 

Kitabın elmi redaktoru Folklor İnstitutunun Mifologiya şö-

bəsinin müdürü, f.e.n. Seyfəddin Rzasoy, redaktoru şair-

publisist Qənbər Şəmşiroğludur. 

Seyfəddin Rzasoy kitaba yazdığı “Sənətkar sözü–alim sö-

zü: Aşıq Şəmşir və Sədnik Paşa Pirsultanlı” adlı ön sözünə elə 

sözün tərifi ilə  və Füzuli heyrəti ilə başlayır. Sonra “elmin 

həm aşiqi, həm də alimi” kimi təqdim etdiyi Sədnik Paşa 

Pirsultanlının elmi fəaliyyətindən, folklor elminə verdiyi 

töhfələrdən söz açan müəllif bizə onun Aşıq Şəmşirin ömür 

yolundan, yaradıcılığından danışan monoqrafiyasını  təqdim 

edir və ”Prof. S.P.Pirsultanlının bütün elmi fikirlərini vahid 

üslubi xət –dəqiqliyi və  dərinliyi ilə  səciyyələnən sadəlik 

billəşdirir” qənaətinə gələrək, Aşıq Şəmşirin mühütü, həyatı, 

yaradıcılığı haqqında alimin elmi görüşlərindən danışır.  



:

her konu-2018
her konu-2018 -> Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi
her konu-2018 -> İsmayıl Qarayev a ş İ q L ə R
her konu-2018 -> Vaqif sultanli
her konu-2018 -> Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə
her konu-2018 -> Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"
her konu-2018 -> Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam
her konu-2018 -> Carl gustav jung


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


socialistrealism--.html

socializaciya-detej.html

socializm---n--lenin-karl.html

socialna-in-politina.html

socialnaya-adaptaciya--.html