1 2 3 4 5 6 7 8 9 ... 31

Sona xəyal - səhifə 6

səhifə6/31
tarix08.07.2018
ölçüsü0.6 Mb.

Yaddaşlarda yaşayacaq 

17 


nına layiq görülmüşdür. 1937-ci ildə onu həbs edib, ermə-

nilərə qarşı vuruşanların siyahısını istəyirlər. O isə dəhşətli 

işgəncələrə baxmayaraq, heç kimi ələ vermir. Hacı Soltan 

kəndinin qəhrəman oğlu haqqında bildiklərini yazmaqla, 

gələcək nəsillərə dəyərli məlumatlar çatdırır. Onun yazdığı-

na görə Hacı İsgəndərin cənazəsi belə ailəsinə verilməmiş-

dir. Müəllif hacının xeyriyyəçilik işlərindən də ətraflı söh-

bət açır, aclıq illərində öz balıq vətəgəsindən kənd camaatı-

na pulsuz balıq payladığını, su quyuları qazdırdığını, gecə-

lər kəndin küçələrində neft lampaları asdırdığını, yolların 

bərpasında yaxından iştirak etdiyini və s. əməllərini qeyd 

edir. Yazıda müəllifin bir təəssüfünün şahidi oluruq. 37-ci 

il repressiyasının qurbanı olan Hacı İsgəndərin hələ də bə-

raət almamasını ürək ağrısı ilə qeyd edən tədqiqatçı, onun 

vəsaiti hesabına inşa olunan Buzovna Mədəniyyət sarayının 

niyə Hacı İsgəndərin adını daşımadığını sual edir və müs-

təqillik dövründə belə  şəxsiyyətlərin xatirələrinin  əbədi-

ləşdiriləcəyinə inandığını bildirir.  

Kitabda Seyid Əzim Şirvaninin oğlu, Buzovna torpağın-

da uyuyan Mir Cəfər haqqında gedən yazı da maraq doğu-

rur. Yazının əvvəlində müəllif bir sıra şairlərin Buzovnada 

məskən saldığını, bəzilərinin Buzovnada dəfn olunduğunu 

qeyd edir, nəhayət Mir Cəfər ağaya keçir. Yazır ki, Seyid 

Əzimlə birlikdə Nəcəfdə təhsil alan Buzovna axundu Əba-

səlt öz bağının bir hissəsini Seyid Əzimə bağışlayır. Oğlu-

nun  ürək xəstəliyini nəzərə alan şair həmin bağı ona verir 

və Mir Cəfər 85 yaşına kimi Buzovnada yaşayır. Yazı Se-

yid Əzimin oğluna həsr etdiyi şeirlər ilə bitir. 

Kitabda bir sıra axundlar, mollalar haqqında yazılar da 

yer alır: Axund Məşhədi Məzahir, Molla Məmməd Axund 

Həmid oğlu, Axund Şeyx Cəlal Lənkərani, Molla Rzaəli, 

Axund Mirzəəli, Axund Əbdüllətif Buzovnalı,  Şeyx Hü-

seyn Ramanalı, Molla Məhəmməd İsmayıl Asi, Dərviş Əli-

söhbət Kürdəxanılı, Mir Möhsün ağa, Salavat Ağaəli, Kər-

bəlayi Hacıbaba və s.  

Sona Xəyal 

18 


Kitabın ikinci fəslində Buzovna kəndinin  şeyxlərinin, 

axundlarının, mollalarının, rövzəxanlarının, Bakıətrafı 

kəndlərin mərhum və müasir dərvişlərinin adları qeyd edil-

mişdir. Sonrakı yazılarda Buzovnadakı  məscidlərin fəaliy-

yəti, dini mədrəsələr haqqında, bu sahədə  zəhmət çəkən 

dindarlar barəsində  məlumatlar alırıq. Sonra İkinci dünya 

savaşında, həlak olanların, Qarabağ münaqişəsi zamanı şə-

hid olanların adları siyahılanır. Daha sonra Buzovnalı şair-

lərin, elm adamlarının, müxtəlif sənət, peşə adamlarının ad-

ları ilə tanış oluruq. Bütün bu məlumatlar hər bir bakılı 

üçün, eləcə  də Bakının tarixi ilə maraqlanan tədqiqatçılar 

üçün maraqlı ola bilər. Hacı Soltanın oxuculara təqdim et-

diyi kitabların dəyəri də elə bundadır ki, onlardan bir sıra 

tədqiqatçılar faydalana bilərlər.  

Kitabın üçüncü fəslində müxtəlif müəlliflərin yazıları 

verilmişdir. Professor Vilayət Quliyevin “Buzovna və ətraf 

kəndlər XIX əsr rus səyyahının gözü ilə” adlı məqaləsində 

həm müəllifin, həm də İ.Berezinin fikirləri ilə tanış oluruq. 

Burada bir sıra maraqlı yazılardan din xadimləri haqqında 

faydalı  məlumatlar alırıq. “Molla Kamiyab Axundzadə”, 

“Axund Şeyx Cavad”, “Şeyx Hüseyn Molla Əhməd oğlu”, 

eləcə də müxtəlif müəlliflərin dəyərli insanlardan bəhs edən 

“Mübariz müəllim və mömin insan”, “Buzovnalı axund”, 

“Layiqli davamçılar yetişir”, “İman Nuri”, “Fədakar insan”, 

“Yazılmamış ad”, “Xalq müəllimi Heydər Eyvazov”, “Çö-

rək elə çörəkçiyə verilib”, “Mənim cəfakeş anam”, “Təvəl-

lüdü-1805” adlı məqalələr bizə zəngin material verir.  

Dördüncü fəsildə isə ölüm və  həyat haqqında müxtəlif 

yazılar, Qurani-kərimdən müxtəlif ayələr verilmiş, vəsiyyə-

tin məziyyətləri, faydaları açıqlanmışdır.  Şəhid Ayətullah 

Mürtəza Mütəhhərinin “Ölümün mahiyyəti” adlı yazısında 

ölüm haqqında daha dərin bilgilər ala bilirik. Burada ölüm-

dən sonrakı həyat haqqında maraqlı fikirlər verilmişdir. 

Bu fəsildə “Kəlilə və Dimnə”dən, “Şahnamə”dən parça-

lar, eləcə  də Azərbaycan  şairlərinin, o cümlədən Xaqani, 

Yaddaşlarda yaşayacaq 

19 


Nizami, Nəsimi, Xətai, Füzuli, Əvhədi, Cami, Dəhləvi, Ba-

kıxanov, Seyid Əzim, Didə, Dəxil, Sabir, Qümri, Sührəver-

di, Dilsuz kimi şairlərin və XX əsr Azərbaycan poeziyası-

nın bir sıra nümayəndələrinin dini, ədəbi fikirlərini əks et-

dirən şeir nümunələri verilmişdir. 

Kitabda Hacı Soltana ithaf olunmuş  şeirlər və bir sıra 

alimlərin onun haqqında dəyərli fikirləri də yer alır. 

Kitabın sonunda Ülviyyə Niyazovanın BDU-nun ilahiyyat 

fakültəsində diplom işi kimi yazdığı “Azərbaycanda Həzrəti-

Əli sevgisi” adlı yazısı yer alır. Girişdə  Həzrəti-Əli  şəxsiy-

yətini açıqlamağa Allahdan güc və  cəsarət istəyən müəllif 

“Əli(ə) bəşər tarixində  əbədi  şəxsiyyət kimi” və “Həzrəti-

Əlinin(ə) həyat və  fəaliyyəti” adlı bölümlərdə bu vəzifənin 

öhdəsindən gəlməyə çalışmışdır. Gənc bir tələbənin ürəyində 

yurd salan Əli sevgisini, əlbəttə, alqışlamaq lazımdır. 

Hacı Soltanın əvvəlki kitabları kimi bu kitabında da istər 

dini, istərsə də ədəbi yazılar, istər öz yazıları, istərsə də di-

gər müəlliflərə  məxsus yazılar öz sanbalı, fikir zənginliyi 

baxımından diqqəti çəkir. Kitabın maraqlı cəhətlərindən bi-

ri də budur ki, müəllif haqqında söz açdığı bir sıra şəxsiy-

yətlərin şəkillərini də əldə edib oxuculara təqdim etmişdir. 

Kitab istər tarixilik baxımından, istər dini, istər elmi-ədəbi 

cəhətdən oxucular üçün böyük əhəmiyyət kəsb edir.      “Bütöv Azərbaycan” qəzeti, 28.09.11 

 

DƏRVİŞ NİDAİNİN “MƏNAFEÜNNAS” 

ƏSƏRİ VƏ ONUN DİLİ 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitu-

tu dünyanın çox zəngin kitab xəzinələrindən biridir. Burada 

yüzdən artıq alim və  tədqiqatçının tədqiqata cəlb etdiyi, 

nəşrə hazırladığı  ərəbcə, farsca, türkcə  və azərbaycanca 

ədəbi-bədii nümunələr çoxluq təşkil etsə  də, hər üç dildə 

fəlsəfəyə, ilahiyyata, təbabətə, biologiyaya və s. aid əsərlər 

də vardır. 



:

her konu-2018
her konu-2018 -> Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi
her konu-2018 -> İsmayıl Qarayev a ş İ q L ə R
her konu-2018 -> Vaqif sultanli
her konu-2018 -> Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə
her konu-2018 -> Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"
her konu-2018 -> Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam
her konu-2018 -> Carl gustav jung


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


socialnaya-bezopasnost-i.html

socialnaya-filosofiya.html

socialnaya-i-medicinskaya.html

socialnaya-infrastruktura.html

socialnaya-medicina---.html